https://sputnik.az/20230929/a-dermanlarin-ickilerin-ve-qacetlerin-etiketlenmesi-qaydalarini-unifikasiya-edir-459132239.html
Aİİ dərmanların, içkilərin və qacetlərin etiketlənməsi qaydalarını unifikasiya edir
Aİİ dərmanların, içkilərin və qacetlərin etiketlənməsi qaydalarını unifikasiya edir
Sputnik Azərbaycan
Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində identifikasiya vasitələri ilə məhsulların tətbiq olunma tarixini və etiketlənmə qaydasını... 29.09.2023, Sputnik Azərbaycan
2023-09-29T19:12+0400
2023-09-29T19:12+0400
2023-09-29T19:31+0400
dərmanlar
iqtisadiyyat
aii
avrasiya iqtisadi ittifaqı
qazaxıstan
qırğızıstan
komissiya
https://cdnn1.img.sputnik.az/img/42238/58/422385848_0:0:3072:1728_1920x0_80_0_0_a877402e2f7a78473e56f2a8e73e01e4.jpg
BAKI, 29 sentyabr - Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin bir sıra təşəbbüs təkliflərini nəzərdən keçirərək ittifaqa üzv olan dövlətlərdə dərman preparatlarının, alkoqolsuz içkilərin, meyvə şirələrin, həmçinin telefon və notbukların etiketlənməsi qaydalarını unifikasiya etmək barədə qərar qəbul edib. "Komissiya Aİİ-nin əsas azadlıqlarından birinin təmin edilməsinə yönəlmiş prinsipial qərarlar qəbul edib. Əldə olunan razılaşmalar sayəsində malların ittifaq ərazisində maneəsiz hərəkətinə şərait yaratmaq və daxili bazarda maneələrin yaranmasının qarşısını almaq mümkün olacaq”, - deyə AİK ticarət naziri Andrey Slepnev vurğulayıb. Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində identifikasiya vasitələri ilə məhsulların tətbiq olunma tarixini və etiketlənmə qaydasını müstəqil şəkildə müəyyənləşdirəcəklər, bu tədbirlərin başlanmasından altı aydan gec olmayaraq AİK-yə bu barədə xəbərdarlıq etmək lazımdır. Beləliklə, bütün hallarda Aİİ ölkələrinin hər birində unifikasiya edilmiş tələblərə uyğun olaraq formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat veriləcəkdir. Eyni zamanda, Qırğızıstanda dərman preparatlarının etiketlənməsi sisteminin xüsusiyyətləri ilə əlaqədar olaraq komissiya şurası qəbul edilmiş qərardan fərqli identifikasiya vasitəsinə tələblərin tətbiq olunmasına icazə verən istisnanı nəzərdən keçirib. Bundan əlavə, ittifaqa üzv olan dövlətlərin mövqeləri ilə əlaqədar olaraq, qərarlarda bir sıra ölkələrin indiki mərhələdə etiketləməni tətbiq etmək niyyətlərinin olmaması da ayrıca qeyd edilib. Belə ki, dərmanlarla bağlı Ermənistan, spirtsiz içkilər və meyvə şirələri ilə bağlı Qazaxıstan, notbuk və telefonlarla bağlı isə Qazaxıstan və Qırğızıstandır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42238/58/422385848_223:0:2954:2048_1920x0_80_0_0_40148ffcbc667cee27ed9e04257bacfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
dərmanlar, aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan, qırğızıstan, komissiya
dərmanlar, aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan, qırğızıstan, komissiya
Aİİ dərmanların, içkilərin və qacetlərin etiketlənməsi qaydalarını unifikasiya edir
19:12 29.09.2023 (Yenilənib: 19:31 29.09.2023) Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində identifikasiya vasitələri ilə məhsulların tətbiq olunma tarixini və etiketlənmə qaydasını müstəqil şəkildə müəyyənləşdirəcəklər.
BAKI, 29 sentyabr - Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin bir sıra təşəbbüs təkliflərini nəzərdən keçirərək ittifaqa üzv olan dövlətlərdə dərman preparatlarının, alkoqolsuz içkilərin, meyvə şirələrin, həmçinin telefon və notbukların etiketlənməsi qaydalarını unifikasiya etmək barədə qərar qəbul edib.
"Komissiya Aİİ-nin əsas azadlıqlarından birinin təmin edilməsinə yönəlmiş prinsipial qərarlar qəbul edib. Əldə olunan razılaşmalar sayəsində malların ittifaq ərazisində maneəsiz hərəkətinə şərait yaratmaq və daxili bazarda maneələrin yaranmasının qarşısını almaq mümkün olacaq”, - deyə AİK ticarət naziri Andrey Slepnev vurğulayıb.
Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində identifikasiya vasitələri ilə məhsulların tətbiq olunma tarixini və etiketlənmə qaydasını müstəqil şəkildə müəyyənləşdirəcəklər, bu tədbirlərin başlanmasından altı aydan gec olmayaraq AİK-yə bu barədə xəbərdarlıq etmək lazımdır.
Beləliklə, bütün hallarda Aİİ ölkələrinin hər birində unifikasiya edilmiş tələblərə uyğun olaraq formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat veriləcəkdir. Eyni zamanda, Qırğızıstanda dərman preparatlarının etiketlənməsi sisteminin xüsusiyyətləri ilə əlaqədar olaraq komissiya şurası qəbul edilmiş qərardan fərqli identifikasiya vasitəsinə tələblərin tətbiq olunmasına icazə verən istisnanı nəzərdən keçirib.
Bundan əlavə, ittifaqa üzv olan dövlətlərin mövqeləri ilə əlaqədar olaraq, qərarlarda bir sıra ölkələrin indiki mərhələdə etiketləməni tətbiq etmək niyyətlərinin olmaması da ayrıca qeyd edilib. Belə ki, dərmanlarla bağlı Ermənistan, spirtsiz içkilər və meyvə şirələri ilə bağlı Qazaxıstan, notbuk və telefonlarla bağlı isə Qazaxıstan və Qırğızıstandır.