https://sputnik.az/20230928/xestelere-dermanlar-icbari-tibbi-sigorta-ile-pulsuz-verilecek-459072742.html
Xəstələrə dərmanlar icbari tibbi sığorta ilə pulsuz veriləcək
Xəstələrə dərmanlar icbari tibbi sığorta ilə pulsuz veriləcək
Sputnik Azərbaycan
Zaur Əliyev bildirib ki, agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb. 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T13:17+0400
2023-09-28T13:17+0400
2023-09-28T13:17+0400
dərman
səhiyyə
icbari tibbi sığorta
icbari tibbi sığorta üzrə dövlət agentliyi
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 28 sentyabr — Sputnik. "Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq yenilənib". Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib. O bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: "Bu gün agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb". Z.Əliyev söyləyib ki, agentlik bu günə qədər 300-dən çox təcili tibbi yardım avtomobili alıb: "Proses davam edəcək". O, həmçinin gələcəkdə dərman təminatının icbari tibbi sığorta çərçivəsində həll olunmasını hədəflədiklərini də söyləyib. Bildirib ki, bu gün tibb müəssisələrində çalışan ixtisaslar üzrə həkimlərin orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 400 manatdan 2 600 manatadək yüksəlib. "Bundan yüksək əməkhaqqı alanlar da var", - sədr vurğulayıb. Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, icbari tibbi sığorta, icbari tibbi sığorta üzrə dövlət agentliyi, xəstəlik
dərman, icbari tibbi sığorta, icbari tibbi sığorta üzrə dövlət agentliyi, xəstəlik
Xəstələrə dərmanlar icbari tibbi sığorta ilə pulsuz veriləcək
Zaur Əliyev bildirib ki, agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb.
BAKI, 28 sentyabr — Sputnik. "Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son neçə ildə zərf 3 dəfədən artıq yenilənib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: "Bu gün agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb".
Z.Əliyev söyləyib ki, agentlik bu günə qədər 300-dən çox təcili tibbi yardım avtomobili alıb: "Proses davam edəcək".
O, həmçinin gələcəkdə dərman təminatının icbari tibbi sığorta çərçivəsində həll olunmasını hədəflədiklərini də söyləyib. Bildirib ki, bu gün tibb müəssisələrində çalışan ixtisaslar üzrə həkimlərin orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 400 manatdan 2 600 manatadək yüksəlib.
"Bundan yüksək əməkhaqqı alanlar da var", - sədr vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.