https://sputnik.az/20230928/soyudlude-komissiya-uzvlerinin-kend-sakinleri-ile-gorusu-kecirilib-459082172.html
Söyüdlüdə Komissiya üzvlərinin kənd sakinləri ilə görüşü keçirilib
Söyüdlüdə Komissiya üzvlərinin kənd sakinləri ilə görüşü keçirilib
Sputnik Azərbaycan
Şirkət monitorinqdən sonra həm "Anglo Asian Mining" şirkəti üçün, həm də dövlət qurumlarının nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə təkliflər... 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T16:33+0400
2023-09-28T16:33+0400
2023-09-28T16:34+0400
söyüdlü
cəmiyyət
kənd
gədəbəy
gədəbəy rayonu
görüş
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_159:0:1441:721_1920x0_80_0_0_db794a0342b2705a201f20ffa025497d.jpg
BAKI, 28 sentyabr — Sputnik. Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü baş tutub. Görüş çərçivəsində Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri barədə təqdimatla çıxış edib. O bildirib ki, şirkət monitorinqdən sonra həm "Anglo Asian Mining" şirkəti üçün, həm də dövlət qurumlarının nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə təkliflər hazırlayıb. Daha sonra nazir Söyüdlü sakinlərinin problemlərini dinləyib, müraciət və təkliflərini qeydə alıb. Qeyd edək ki, Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Komissiyanın tərkibinə Dövlət Su Ehtiyatları Agentliyinin sədri, səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
söyüdlü
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_320:0:1281:721_1920x0_80_0_0_af5704d621d44bec7cfb69b7d6d04f04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
söyüdlü, kənd, gədəbəy, gədəbəy rayonu, görüş, şirkət
söyüdlü, kənd, gədəbəy, gədəbəy rayonu, görüş, şirkət
Söyüdlüdə Komissiya üzvlərinin kənd sakinləri ilə görüşü keçirilib
16:33 28.09.2023 (Yenilənib: 16:34 28.09.2023) Şirkət monitorinqdən sonra həm "Anglo Asian Mining" şirkəti üçün, həm də dövlət qurumlarının nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə təkliflər hazırlayıb
BAKI, 28 sentyabr — Sputnik. Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü baş tutub.
Görüş çərçivəsində Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvərlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri barədə təqdimatla çıxış edib.
O bildirib ki, şirkət monitorinqdən sonra həm "Anglo Asian Mining" şirkəti üçün, həm də dövlət qurumlarının nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə təkliflər hazırlayıb.
Daha sonra nazir Söyüdlü sakinlərinin problemlərini dinləyib, müraciət və təkliflərini qeydə alıb.
Qeyd edək ki, Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Komissiyanın tərkibinə Dövlət Su Ehtiyatları Agentliyinin sədri, səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.