https://sputnik.az/20230928/rusiyanin-axtardigi-3-nefer-bakida-hava-limaninda-tutularaq-tehvil-verilib-459086590.html
Rusiyanın axtardığı 3 nəfər Bakıda hava limanında tutularaq təhvil verilib
Rusiyanın axtardığı 3 nəfər Bakıda hava limanında tutularaq təhvil verilib
Sputnik Azərbaycan
Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına... 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T18:47+0400
2023-09-28T18:47+0400
2023-09-28T19:02+0400
baş prokurorluq
cəmiyyət
rusiya
təhvil
beynəlxalq axtarış
əxlaqsız
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:320:3071:2047_1920x0_80_0_0_23c6f3ca37a4bbc5928693867006439a.jpg
BAKI, 28 sentyabr - Sputnik. Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxslər Bakıda hava limanında tutularaq təhvil veriliblər.Baş Prokurorluqdan verilən xəbərə görə, cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşları Bayramov Mustafa Nəriman oğlu, Elizarov Viktor Yevqenyeviç və Kozlov Mixail Vyaçeslavoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Qeyd edilib ki, Mustafa Bayramov və Mixail Kozlovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq), Viktor Elizarovun isə həmin Məcəllənin 135-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində həmin ölkənin səlahiyyətli orqanları tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.Qeyd olunan şəxslər Azərbaycan Respublikasına gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, axtarışda olduqları üçün saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:0:2729:2047_1920x0_80_0_0_72ca7f992887891cd67898151f57dca8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, rusiya, təhvil, beynəlxalq axtarış, əxlaqsız
baş prokurorluq, rusiya, təhvil, beynəlxalq axtarış, əxlaqsız
Rusiyanın axtardığı 3 nəfər Bakıda hava limanında tutularaq təhvil verilib
18:47 28.09.2023 (Yenilənib: 19:02 28.09.2023) Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.
BAKI, 28 sentyabr - Sputnik. Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxslər Bakıda hava limanında tutularaq təhvil veriliblər.
Baş Prokurorluqdan verilən xəbərə görə, cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşları Bayramov Mustafa Nəriman oğlu, Elizarov Viktor Yevqenyeviç və Kozlov Mixail Vyaçeslavoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Qeyd edilib ki, Mustafa Bayramov və Mixail Kozlovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq), Viktor Elizarovun isə həmin Məcəllənin 135-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində həmin ölkənin səlahiyyətli orqanları tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.
Qeyd olunan şəxslər Azərbaycan Respublikasına gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, axtarışda olduqları üçün saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.