Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qlobal böhranlar Azərbaycan banklarına necə təsir edir?

Abunə olmaq
Bu il sentyabrın 1-nə Azərbaycan banklarında problemli kreditlərin həcmi əvvəlki ayla müqayisədə 8% artaraq 534,3 milyon manata çatıb. Bunun nə ilə əlaqəli olduğu, eləcə də yerli bankların kredit siyasəti haqqında daha ətraflı videomuzda izləyə bilərsiniz.
Son zamanlar Azərbaycan banklarının verdiyi kreditlərin həcmi xeyli artıb. Eyni zamanda, təkcə banklardan deyil, bank olmayan kredit təşkilatlarından da külli miqdarda borclar yığılıb.
Bu barədə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
"Azərbaycanda sabit bank sistemi var, milli valyutanın məzənnəsi dəyişməyib. Digər ölkələrdəki iqtisadi və siyasi qeyri-sabitlik bizim bank sisteminə təsir etmir", - deyə Sadıqov qeyd edib.
Professor vurğulayıb ki, Azərbaycanın möhkəm valyuta ehtiyatları var, dövlət borcu isə cüzidir. O, əminliklə bildirib ki, Azərbaycan qlobal iqtisadi təlatümlər şəraitində iqtisadiyyatın uğurlu inkişafının bariz nümunəsidir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı pul siyasətini elə tənzimləyir ki, ölkədə kiçik və orta biznes fəallaşsın, kənd təsərrüfatı da inkişaf etsin”, - deyə Sadıqov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0