Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağdakı separatçı rejim özünü buraxdı

© Sputnik / Илья Питалев / Mediabanka keçidГород Степанакерт
Город Степанакерт - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Abunə olmaq
Qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan bildirib ki, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır.
BAKI, 28 sentyabr — Sputnik. Qarabağ iqtisadi rayonundakı separatçı qondarma qurumun "prezident"i Samvel Şaxramanyan 19 sentyabr 2023-cü il tarixindən sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən;
1. 2024-cü il yanvarın 1-dək bütün "dövlət" qurumları və təşkilatları ləğv edilir və "Dağlıq Qarabağ Respublikası" öz fəaliyyətini dayandırır.
2. Qarabağın əhalisi, o cümlədən kənarda yaşayan əhali bu fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etməklə gələcəkdə Qarabağa qayıtmağın mümkünlüyü barədə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olur.
Fərmana əsasən, yaradılmış mürəkkəb hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşma nəzərə alınmaqla, Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və humanitar ehtiyaclarının təmin edilməsi prioritetinə əsaslanaraq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz keçidi təmin edilir.
Bu fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir.
Xəbər lenti
0