https://sputnik.az/20230928/prezident-lham-eliyev-cebrayil-rayonuna-sefer-edib-459070687.html
Prezident İlham Əliyev Zəngilan şəhərində bir neçə yaşayış kompleksinin təməlini qoyub
Prezident İlham Əliyev Zəngilan şəhərində bir neçə yaşayış kompleksinin təməlini qoyub
Sputnik Azərbaycan
Dövlət başçısı həmçinin Zəngilan kəndinin, 160 yerlik uşaq bağçasının da təməlqoyma mərasimində iştirak edib, Zəngilan şəhər məscidində görülən işlərlə tanış... 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T21:05+0400
2023-09-28T21:05+0400
2023-09-28T21:26+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
cəbrayıl
cəbrayıl rayonu
səfər
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1c/459079392_0:157:2048:1309_1920x0_80_0_0_f7dd8c9fe2725b42c2f27e63a6ed9bbe.jpg
BAKI, 28 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub.Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.Bildirildi ki, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq.Prezident İlham Əliyev uşaq bağçasının təməlini qoydu.Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvər ruhda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır. Hər cür şəraitə malik uşaq bağçalarının inşası Azərbaycan dövlətinin gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığını bir daha sübut edir. İşğaldan azad olunmuş ərazilərdə bu cür müəssisələrin yaradılması bərpa edilən şəhər və kəndlərimizin simasına da əlavə rəng qatır.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoyub.Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.Bildirildi ki, kompleksin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyaya əsasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.Prezident İlham Əliyev 4-cü yaşayış kompleksinin təməlini qoydu.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.Qeyd olundu ki, yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.Məlumat verildi ki, ümumi sahəsi iki hektar olan yaşayış kompleksində tikiləcək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.Prezident İlham Əliyev 3-cü yaşayış kompleksinin təməlini qoydu.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.Bildirildi ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.Məlumat verildi ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoydu.***Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.Dövlətimizin başçısına məsciddə görülən işlər barədə məlumat verildi.Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, binanın konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib.Zəngilanda inşa olunan məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.Ötən müddətdə yeni məscidin layihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.***Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub.Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub.Prezident İlham Əliyev Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.Həmçinin, Prezident İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1c/459079392_47:0:2002:1466_1920x0_80_0_0_d24c9d5608ef4ab4e931581ca370dd5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cəbrayıl, cəbrayıl rayonu, səfər, prezident ilham əliyev
cəbrayıl, cəbrayıl rayonu, səfər, prezident ilham əliyev
Prezident İlham Əliyev Zəngilan şəhərində bir neçə yaşayış kompleksinin təməlini qoyub
21:05 28.09.2023 (Yenilənib: 21:26 28.09.2023) Dövlət başçısı həmçinin Zəngilan kəndinin, 160 yerlik uşaq bağçasının da təməlqoyma mərasimində iştirak edib, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
BAKI, 28 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlini qoyub.
Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.
Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq.
Prezident İlham Əliyev uşaq bağçasının təməlini qoydu.
Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvər ruhda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır. Hər cür şəraitə malik uşaq bağçalarının inşası Azərbaycan dövlətinin gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığını bir daha sübut edir. İşğaldan azad olunmuş ərazilərdə bu cür müəssisələrin yaradılması bərpa edilən şəhər və kəndlərimizin simasına da əlavə rəng qatır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoyub.
Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Bildirildi ki, kompleksin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyaya əsasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.
Prezident İlham Əliyev 4-cü yaşayış kompleksinin təməlini qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Qeyd olundu ki, yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.
Məlumat verildi ki, ümumi sahəsi iki hektar olan yaşayış kompleksində tikiləcək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.
Prezident İlham Əliyev 3-cü yaşayış kompleksinin təməlini qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.
Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Bildirildi ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.
Məlumat verildi ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.
Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoydu.
Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
Dövlətimizin başçısına məsciddə görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. İşğal altındakı ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işləri başlanılıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasını qiymətləndirib, binanın konservasiyası və bərpasına, o cümlədən bu ərazidə yeni məscidin tikilməsinə qərar verilib.
Zəngilanda inşa olunan məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da qoyulub.
Ötən müddətdə yeni məscidin layihəsi işlənilib və tikintiyə başlanılıb. Məscidin inşası “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Hazırda məscidin daxili interyerində işlər davam etdirilir, o cümlədən ərazidə abadlaşdırma işləri aparılır. Layihənin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub.
Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub.
Prezident İlham Əliyev Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.
Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Həmçinin, Prezident İlham Əliyev sentyabrın 28-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.