https://sputnik.az/20230928/polsadaki-seckiler-ukraynanin-a-ye-yolunu-baglaya-biler-459071281.html
Polşadakı seçkilər Ukraynanın Aİ-yə yolunu bağlaya bilər
Polşadakı seçkilər Ukraynanın Aİ-yə yolunu bağlaya bilər
Sputnik Azərbaycan
Polşa ilə Ukrayna arasında münasibətlər son vaxtlar Varşavanın Ukraynadan taxıl tədarükünə tətbiq etdiyi embarqoya görə mürəkkəbləşib. 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T19:32+0400
2023-09-28T19:32+0400
2023-09-28T19:32+0400
ukrayna
dünya xəbərləri
ai
avropa ittifaqı
seçkilər
polşa
https://cdnn1.img.sputnik.az/img/42303/79/423037969_0:0:3072:1728_1920x0_80_0_0_816f57818d5f7c597d732475ec5bc3d9.jpg
BAKI, 28 sentyabr — Sputnik. Polşada qarşıdan gələn seçkilərdə hakim Qanun və Ədalət partiyası ilə ifrat sağçı Azadlıq və Müstəqillik Konfederasiyası qələbə şanslarını artırmaq üçün ittifaqa girə bilərlər. Bu baş verərsə, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması və ukraynalı qaçqınların vəziyyəti risk altında olacaq. Bu sözləri Amerikanın "Foreign Policy" nəşrinin şərhçisi Pol Hokenos deyib. "Varşavadakı hökumətin daha çox millətçi əhval-ruhiyyəsi Ukraynanın Avropa Birliyinə gedən yolunu kəsə bilər. Ukraynaya yüksək subsidiyalar Polşanın Avropa tortunun bir hissəsini kiçildəcək", - deyə müəllif qeyd edib. Materialda vurğulanıb ki, ifrat sağçı Azadlıq və Müstəqillik Konfederasiyası artıq Ukraynaya qarşı mənfi münasibətini açıq şəkildə nümayiş etdirir. Nümunə kimi müəllif küçədə "Ukraynaya qayıdın" deyə qışqıran polyakların ifadələrini və sosial şəbəkələrdə oxşar məzmunlu yazıları göstərib. Eyni zamanda, Polşa ilə Ukrayna arasında münasibətlər son vaxtlar Varşavanın Ukraynadan taxıl tədarükünə tətbiq etdiyi embarqoya görə mürəkkəbləşib. Bundan əvvəl Böyük Britaniyanın Polşa ilə əlaqələr üzrə parlamentlərarası qrupunun baş məsləhətçisi Corc Bıçinski Ukrayna lideri Vladimir Zelenskinin hücumları və nankorluğu səbəbindən müttəfiqlərinin dəstəyini itirə biləcəyini deyib. Ekspert onu da əlavə edib ki, Zelenski və Ukrayna taxıl maqnatları dialoq qurmaq əvəzinə, ictimai sui-istifadə və məhkəmə çəkişmələrini seçiblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/79/423037969_277:0:3008:2048_1920x0_80_0_0_56f63813c9565589393e15f3b044b8f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ukrayna, ai, avropa ittifaqı, seçkilər, polşa
ukrayna, ai, avropa ittifaqı, seçkilər, polşa
Polşadakı seçkilər Ukraynanın Aİ-yə yolunu bağlaya bilər
Polşa ilə Ukrayna arasında münasibətlər son vaxtlar Varşavanın Ukraynadan taxıl tədarükünə tətbiq etdiyi embarqoya görə mürəkkəbləşib.
BAKI, 28 sentyabr — Sputnik. Polşada qarşıdan gələn seçkilərdə hakim Qanun və Ədalət partiyası ilə ifrat sağçı Azadlıq və Müstəqillik Konfederasiyası qələbə şanslarını artırmaq üçün ittifaqa girə bilərlər. Bu baş verərsə, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması və ukraynalı qaçqınların vəziyyəti risk altında olacaq.
Bu sözləri Amerikanın "Foreign Policy" nəşrinin şərhçisi Pol Hokenos deyib.
"Varşavadakı hökumətin daha çox millətçi əhval-ruhiyyəsi Ukraynanın Avropa Birliyinə gedən yolunu kəsə bilər. Ukraynaya yüksək subsidiyalar Polşanın Avropa tortunun bir hissəsini kiçildəcək", - deyə müəllif qeyd edib.
Materialda vurğulanıb ki, ifrat sağçı Azadlıq və Müstəqillik Konfederasiyası artıq Ukraynaya qarşı mənfi münasibətini açıq şəkildə nümayiş etdirir. Nümunə kimi müəllif küçədə "Ukraynaya qayıdın" deyə qışqıran polyakların ifadələrini və sosial şəbəkələrdə oxşar məzmunlu yazıları göstərib.
Eyni zamanda, Polşa ilə Ukrayna arasında münasibətlər son vaxtlar Varşavanın Ukraynadan taxıl tədarükünə tətbiq etdiyi embarqoya görə mürəkkəbləşib.
Bundan əvvəl Böyük Britaniyanın Polşa ilə əlaqələr üzrə parlamentlərarası qrupunun baş məsləhətçisi Corc Bıçinski Ukrayna lideri Vladimir Zelenskinin hücumları və nankorluğu səbəbindən müttəfiqlərinin dəstəyini itirə biləcəyini deyib. Ekspert onu da əlavə edib ki, Zelenski və Ukrayna taxıl maqnatları dialoq qurmaq əvəzinə, ictimai sui-istifadə və məhkəmə çəkişmələrini seçiblər.