https://sputnik.az/20230928/memmed-abbasbeyli-keyfiyyetle-bagli-ilin-sonunda-olkede-boyuk-sicrayis-olacaq-459083100.html
Məmməd Abbasbəyli: Keyfiyyətlə bağlı ilin sonunda ölkədə böyük sıçrayış olacaq
Məmməd Abbasbəyli: Keyfiyyətlə bağlı ilin sonunda ölkədə böyük sıçrayış olacaq
Sputnik Azərbaycan
Azərbaycanın daxili bazarında yerli istehsalı inkişaf etdirmək üçün iri müəssisələr yaradılmalıdır - Millət vəkili 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T16:57+0400
2023-09-28T16:57+0400
2023-09-28T17:11+0400
azərbaycan
iqtisadiyyat
sahibkar
sahibkarlıq subyektləri
sahibkarlıq
tahir mirkişili
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
heydər əliyev
ümummilli lider heydər əliyev
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 28 sentyabr — Sputnik. Cari ildə Rəqabət Məcəlləsinin qəbul olunacağı gözlənilir. Bu məcəllənin qəbulu ilə rəqabət sahəsi tənzimlənəcək və bu proses daha da şəffaf olacaq. Keyfiyyət və keyfiyyətə nəzarətlə bağlı ilin sonunda ölkədə böyük sıçrayış olacaq. Artıq bununla bağlı müxtəlif layihələr hazırlanaraq təqdim olunub. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən forumda deyib. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov müstəqilliyin ilk illərində görülən işlərdən, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər, hüquqi bazanın yaradılmasından danışıb: “Azərbaycanda sahibkarlığın inkişafının təməli məhz o dövrdə qoyulub. İqtisadi sferada bir sıra nailiyyətlər əldə olunub. İstehlakçı hüquqlarının qorunması daim diqqətdə saxlanılır”. Millət vəkili Tahir Mirkişili bildirib ki, uzun illər sahibkarlığın qanunsuz olduğu ölkədə Ulu öndər Heydər Əliyevin dövründə bazar iqtisadiyyatına keçid oldu: “Hələ o dövrdə Azərbaycanda “Haqsız Rəqabət” haqqında qanun qəbul edildi. Sahibkarlıq sinfini formalaşdırmaq, mövcud maneələri aradan qaldırmaq çox çətin olsa da, Ulu öndər bunu bacardı”. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOBİA tərəfindən mütəmadi olaraq sərgilərdə və ticarət şəbəkələrində məhsulların təqdimatına müvafiq dəstək verilir: “KOBİA tərəfindən istehlakçı və sahibkarlar üçün KOB evləri vasitəsilə maarifləndirici tədbirlər görülür”. Millət vəkili Ziyad Səmədzadə isə bildirib ki, emal sənayemizin 70 faizini yeyinti sahəsi təşkil edir: “Azərbaycanın daxili bazarında yerli istehsalı inkişaf etdirmək üçün iri müəssisələr yaradılmalıdır. Maşınqayırma sənayesində də vəziyyət ürəkaçan deyil. Düşünürəm ki, regionlarda da yeni iş yerləri açılmalıdır”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, sahibkar, sahibkarlıq subyektləri, sahibkarlıq, tahir mirkişili, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, heydər əliyev, ümummilli lider heydər əliyev
azərbaycan, sahibkar, sahibkarlıq subyektləri, sahibkarlıq, tahir mirkişili, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, heydər əliyev, ümummilli lider heydər əliyev
Məmməd Abbasbəyli: Keyfiyyətlə bağlı ilin sonunda ölkədə böyük sıçrayış olacaq
16:57 28.09.2023 (Yenilənib: 17:11 28.09.2023) Azərbaycanın daxili bazarında yerli istehsalı inkişaf etdirmək üçün iri müəssisələr yaradılmalıdır - Millət vəkili
BAKI, 28 sentyabr — Sputnik. Cari ildə Rəqabət Məcəlləsinin qəbul olunacağı gözlənilir. Bu məcəllənin qəbulu ilə rəqabət sahəsi tənzimlənəcək və bu proses daha da şəffaf olacaq.
Keyfiyyət və keyfiyyətə nəzarətlə bağlı ilin sonunda ölkədə böyük sıçrayış olacaq. Artıq bununla bağlı müxtəlif layihələr hazırlanaraq təqdim olunub.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən forumda deyib.
Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov müstəqilliyin ilk illərində görülən işlərdən, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər, hüquqi bazanın yaradılmasından danışıb: “Azərbaycanda sahibkarlığın inkişafının təməli məhz o dövrdə qoyulub. İqtisadi sferada bir sıra nailiyyətlər əldə olunub. İstehlakçı hüquqlarının qorunması daim diqqətdə saxlanılır”.
Millət vəkili Tahir Mirkişili bildirib ki, uzun illər sahibkarlığın qanunsuz olduğu ölkədə Ulu öndər Heydər Əliyevin dövründə bazar iqtisadiyyatına keçid oldu: “Hələ o dövrdə Azərbaycanda “Haqsız Rəqabət” haqqında qanun qəbul edildi. Sahibkarlıq sinfini formalaşdırmaq, mövcud maneələri aradan qaldırmaq çox çətin olsa da, Ulu öndər bunu bacardı”.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOBİA tərəfindən mütəmadi olaraq sərgilərdə və ticarət şəbəkələrində məhsulların təqdimatına müvafiq dəstək verilir: “KOBİA tərəfindən istehlakçı və sahibkarlar üçün KOB evləri vasitəsilə maarifləndirici tədbirlər görülür”.
Millət vəkili Ziyad Səmədzadə isə bildirib ki, emal sənayemizin 70 faizini yeyinti sahəsi təşkil edir: “Azərbaycanın daxili bazarında yerli istehsalı inkişaf etdirmək üçün iri müəssisələr yaradılmalıdır. Maşınqayırma sənayesində də vəziyyət ürəkaçan deyil. Düşünürəm ki, regionlarda da yeni iş yerləri açılmalıdır”.