DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts və Berbok Ukraynaya görə izdiham qarşısında özlərini biabır etdilər

© AP Photo / Petr David JosekOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Almanlar Şolts və Berboku Kiyevi silahla təmin etdikləri üçün fitə basdılar.
BAKI, 27 sentyabr — Sputnik. Ukraynaya yardımdan yaranan problemlər fonunda almanlar Almaniya kansleri Olaf Şolts və Almaniyanın xarici işlər naziri Annalena Berboku ölkəyə seçki turu zamanı fitə basıblar.
"Spiegel" bu barədə yazıb.
Siyasətçilərin müxtəlif partiyaları, Şoltsun "Sosial Demokratlar"ı, Berbokun isə "Yaşıllar"ı təmsil etmələrinə baxmayaraq, almanlar onları eyni narazılıqla qarşılayıblar.
"Təhqirlər, "b-u-u" qışqırıqları və gurultulu fit konserti. Federal kansler Şolts üçün Nürnberqin mərkəzində heç də çox xoş bir qəbul deyil", - materialda belə deyilir.
Qəzəbli vətəndaşlar Şoltsu Ukraynada münaqişəni, inflyasiya və miqrasiya böhranını başlatmaqda günahlandırıblar. İştirak edənlərdən biri Almaniya hökumətinin istefaya getməsinə və onun üzvlərinin mühakimə olunmasına səsləyib.
"Dekorasiyaların dəyişməsi. Annalena Berbokun Auqsburqdakı seçki çıxışı. Bu baxımdan "Yaşıllar" çoxları üçün millətin müqəvvasıdır. Hətta xarici işlər nazirinin özünü xalqa yaxın göstərməyə çalışması belə bunu dəyişə bilməz", - deyə aparıcı bəyan edib.
Yerli sakinlər Berboku "buradan rədd olmağa" səsləyiblər. Onlar, həmçinin "yaşılları" Ukraynaya hərbi təchizatda ittiham ediblər.
Jurnalistlər belə qənaətə gəliblər ki, siyasətçilər ancaq "yaxşı sifət" təşkil edib yola davam edə bilərlər.
Bundan əvvəl "Insa" İnstitutunun sorğusu göstərmişdi ki, 2021-ci il seçkilərindən sonra hakim koalisiyanı dəstəkləyən almanların sayı növbəti minimuma çatıb.
Moskva dəfələrlə bəyan edib ki, Qərbin hərbi yardımı Ukraynaya yaxşı heç nə vəd etmir və yalnız münaqişənin müddətini uzadır, silahların daşındığı nəqliyyat vasitəsi isə Rusiya ordusu üçün qanuni hədəfə çevrilir.
Xəbər lenti
0