SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidSerqey Lavrov və Ceyhun Bayramov
Serqey Lavrov və Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Rusiya və Azərbaycan XİN başçıları Qarabağda baş verən son hadisələri müzakirə ediblər.
BAKI, 27 sentyabr - Sputnik. Sentyabrın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Qarabağdakı vəziyyət, o cümlədən humanitar yardımın göstərilməsi, yerli erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilib.
Bakı və İrəvan arasında sülh müqaviləsinin inkişafı, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlı 2020-2022-ci illərdə ən yüksək səviyyədə bağlanmış üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsi yolları nəzərdən keçirilib.
Həmçinin ikitərəfli və regional gündəmdə olan bir sıra mövzulara da toxunulub. Müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılıq əldə olunub.
Xəbər lenti
0