SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: Azərbaycan və Gürcüstan bir-birilərin ərazi bütövlüyünü daimi əsasda dəstəkləyir

© AP Phototbilisi
tbilisi - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Faiq Quliyev Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmləndirildiyini, iki ölkənin Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantı olduğunu diqqətə çatdırıb.
BAKI, 27 sentyabr — Sputnik. "Bəzi qüvvələr Azərbaycan ərazisində gedən proseslərlə bağlı əsassız olaraq İslam və xristian dinləri arasında qarşıdurma təsəvvürü formalaşdırmağa çalışırlar".
Bunu Tbilisidə keçirilən "Dinlərarası dialoqda dövlətin rolu" adlı beynəlxalq konfransda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev deyib.
Səfir qeyd edib ki, Azərbaycan və Gürcüstan bir-birilərin ərazi bütövlüyü və suverenliyini daimi əsasda dəstəkləyir: "Biz Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə bölgədə sülhün bərqərar edilməsinə yönəlmiş Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsünə görə minnətdarıq".
Faiq Quliyev işğal dövründə Azərbaycan ərazilərində 66 məsciddən 65-nin dağıdıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycan azad edilmiş ərazilərdə nəinki İslam dininə aid olan məbədləri, həmçinin digər dinlərə və məzhəblərə məxsus abidələri də bərpa edərək məsələyə münasibətini göstərir.
Faiq Quliyev Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmləndirildiyini, iki ölkənin Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantı olduğunu diqqətə çatdırıb.
"Təhdidlərə baxmayaraq ölkələrimiz əməkdaşlıq üçün müsbət gündəm hazırlamağa müvəffəq ola biliblər", - səfir deyib.
Xəbər lenti
0