https://sputnik.az/20230927/raqda-toyda-bas-veren-yanginda-olen-ve-yaralananlarin-sayi-450-ye-catib-459030886.html
İraqda toyda baş verən yanğında ölən və yaralananların sayı 450-yə çatıb
İraqda toyda baş verən yanğında ölən və yaralananların sayı 450-yə çatıb
Sputnik Azərbaycan
Yanğın bölgəsinə ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T11:38+0400
2023-09-27T11:38+0400
2023-09-27T11:38+0400
ölən
dünya xəbərləri
iraq
qızıl aypara
toy mərasimi
https://cdnn1.img.sputnik.az/img/41064/08/410640809_0:162:4048:2439_1920x0_80_0_0_6961561d7acd61bcfefa766b812a0fea.jpg
BAKI, 27 sentyabr — Sputnik. İraqın Neynəva əyalətinin qubernatoru Nəcm əl-Cəburi Həmdaniyə rayonunda toyda baş verən yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bir həftəlik matəm elan edib. Bu barədə İraqın Rudaw telekanalı qubernatora istinadla məlumat yayıb. "Neynəva əyalətində bir həftəlik matəm elan edilir və Məhəmməd peyğəmbərin mövludu ilə bağlı xüsusi tədbirlər təxirə salınacaq. Matəm Həmdaniya rayonundakı şadlıq sarayında keçirilən toyda baş verən yanğında həlak olanların kədərini ifadə etmək üçün elan edilib"– əyalət başçısının açıqlamasında deyilir. O, həmçinin deyib ki, faciə qurbanları cümə axşamı günü Neynəva Qubernatorluğunun bütün idarə və müəssisələrində bir dəqiqəlik sükutla yad ediləcək.Bundan əvvəl İraqın Qızıl Aypara Təşkilatı Mosulun şərqində şadlıq evində baş verən yanğında 450-dən çox insanın öldüyünü və ya yaralandığını bildirmişdi.***İraqın Neynəva vilayətində yanğın nəticəsində ölən və xəsarət alanların sayı 450 nəfərə çatıb. Bu barədə İraq Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Yanğın bölgəsinə ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub. Yanğının səbəbləri hələlik məlum deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41064/08/410640809_291:0:3758:2600_1920x0_80_0_0_5510fc16f4a8b95355c80e97c29639a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ölən, iraq, qızıl aypara, toy mərasimi
ölən, iraq, qızıl aypara, toy mərasimi
İraqda toyda baş verən yanğında ölən və yaralananların sayı 450-yə çatıb
Yanğın bölgəsinə ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub.
BAKI, 27 sentyabr — Sputnik. İraqın Neynəva əyalətinin qubernatoru Nəcm əl-Cəburi Həmdaniyə rayonunda toyda baş verən yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bir həftəlik matəm elan edib.
Bu barədə İraqın Rudaw telekanalı qubernatora istinadla məlumat yayıb.
"Neynəva əyalətində bir həftəlik matəm elan edilir və Məhəmməd peyğəmbərin mövludu ilə bağlı xüsusi tədbirlər təxirə salınacaq. Matəm Həmdaniya rayonundakı şadlıq sarayında keçirilən toyda baş verən yanğında həlak olanların kədərini ifadə etmək üçün elan edilib"– əyalət başçısının açıqlamasında deyilir. O, həmçinin deyib ki, faciə qurbanları cümə axşamı günü Neynəva Qubernatorluğunun bütün idarə və müəssisələrində bir dəqiqəlik sükutla yad ediləcək.
Bundan əvvəl İraqın Qızıl Aypara Təşkilatı Mosulun şərqində şadlıq evində baş verən yanğında 450-dən çox insanın öldüyünü və ya yaralandığını bildirmişdi.
İraqın Neynəva vilayətində yanğın nəticəsində ölən və xəsarət alanların sayı 450 nəfərə çatıb.
Bu barədə İraq Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Yanğın bölgəsinə ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub.
Yanğının səbəbləri hələlik məlum deyil.