DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran üçüncü hərbi peykini orbitə çıxarıb

© IRANIAN DEFENCE MINISTRY / AFPİran peykinin buraxılışı, arxiv şəkli
İran peykinin buraxılışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
İranın rabitə naziri deyib ki, SEPAH-ın aerokosmik qüvvələri gələn ilin mart ayının sonuna kimi daha iki hərbi peyk buraxmaq niyyətindədir.
BAKI, 27 sentyabr — Sputnik. İran üçüncü hərbi peykini orbitə çıxarıb.
Bu barədə İranın rabitə naziri İsa Zarepur bildirib.
Zarepur qeyd edib ki, İran bu gün üçüncü hərbi peyki olan "Nur-3"ü uğurla orbitə çıxarıb. Onun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri gələn ilin mart ayının sonuna kimi daha iki hərbi peyk buraxmaq niyyətindədir.
Xatırladaq ki, ötən ilin mart ayında SEPAH-ın Hərbi Hava Qüvvələri “Nur-2” adlandırılan ikinci peykini orbitə çıxarıb. Hərbi peyk orbitə buraxıldıqdan 480 saniyə sonra yerin 500 kilometrliyində yerləşib.
Xəbər lenti
0