SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğandan Anım Günü paylaşımı - Qarabağ Azərbaycandır

© Official website of President of Azerbaijan RepublicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının dastanlara layiq azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm.
BAKI, 27 sentyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı özünün "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının dastanlara layiq azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz dərin ehtiramla yad olunur.
Xəbər lenti
0