https://sputnik.az/20230927/deputat-qenire-pasayeva-komaya-dusub-458927565.html
Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır - Mərkəzi Klinika
Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır - Mərkəzi Klinika
Sputnik Azərbaycan
Dərmandan komaya düşdüyü bildirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı şəkildə davam etdirilir. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T11:50+0400
2023-09-27T11:50+0400
2023-09-27T11:50+0400
cəmiyyət
qənirə paşayeva
millət vəkili qənirə paşayeva
qənirə paşayeva
qənirə paşayevanın səhhəti
https://cdnn1.img.sputnik.az/img/42022/13/420221326_0:0:2001:1125_1920x0_80_0_0_e416b51828ab63f8517db06d19e7050d.jpg
BAKI, 27 sentyabr - Sputnik. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Kompleks müayinə və müalicə tədbirləri aparılır. Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Bu məlumatı Mərkəzi Klinikanın Mətbuat Xidməti yayıb. Xatırladaq ki, sentyabrın 23-də millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. Deputatın səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də videobağlantı formatında məsləhətləşmələr aparılır. Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilib.25.09.23, 10:42Qənirə Paşayevanın vəziyyəti ağırdır - Mərkəzi Klinikanın baş həkimiMillət vəkili Qənirə Paşayevanın vəziyyəti ağırdır.Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı APA-ya verdiyi açıqlamada bildirib.“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir” - həkim əlavə edib.24.09.23, 17:04Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulubSentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.Bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:"Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub".***Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.APA xəbər verir ki, baş həkim bildirib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib.***Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb.Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.Onun sözlərinə görə, artıq Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Mərkəzi Klinik Xəstəxanada olub.Qeyd edək ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.***"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür"."Report" xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:"Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə daxil olub.***Dünən gecədən komaya düşən Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir.APA xəbər verir ki, vəziyyəti stabil ağırdır.Qənirə Paşayevanın dərmandan komaya düşdüyü bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42022/13/420221326_61:0:1834:1330_1920x0_80_0_0_b46bee95a55fa2d37d13cd314a4f9454.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qənirə paşayeva, millət vəkili qənirə paşayeva, qənirə paşayeva, qənirə paşayevanın səhhəti
qənirə paşayeva, millət vəkili qənirə paşayeva, qənirə paşayeva, qənirə paşayevanın səhhəti
Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır - Mərkəzi Klinika
Dərmandan komaya düşdüyü bildirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı şəkildə davam etdirilir.
BAKI, 27 sentyabr - Sputnik. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Kompleks müayinə və müalicə tədbirləri aparılır. Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bu məlumatı Mərkəzi Klinikanın Mətbuat Xidməti yayıb.
Xatırladaq ki, sentyabrın 23-də millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. Deputatın səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də videobağlantı formatında məsləhətləşmələr aparılır.
Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilib.
Qənirə Paşayevanın vəziyyəti ağırdır - Mərkəzi Klinikanın baş həkimi
Millət vəkili Qənirə Paşayevanın vəziyyəti ağırdır.
Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı APA-ya verdiyi açıqlamada bildirib.
“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir” - həkim əlavə edib.
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.
Bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:
"Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub".
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
APA xəbər verir ki, baş həkim bildirib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb.
Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Mərkəzi Klinik Xəstəxanada olub.
Qeyd edək ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür".
"Report" xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:
"Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.
Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə daxil olub.
Dünən gecədən komaya düşən Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir.
APA xəbər verir ki, vəziyyəti stabil ağırdır.
Qənirə Paşayevanın dərmandan komaya düşdüyü bildirilib.