https://sputnik.az/20230927/bmt-nin-bas-katibi-quterres-yeni-nuve-silahi-yarisini-delilik-adlandirib-459047459.html
BMT-nin baş katibi Quterreş yeni nüvə silahı yarışını dəlilik adlandırıb
BMT-nin baş katibi Quterreş yeni nüvə silahı yarışını dəlilik adlandırıb
Sputnik Azərbaycan
Quterreş nüvə silahlarının genişləndirilməsi və modernləşdirilməsinin onu şoka saldığını bildirib. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T23:28+0400
2023-09-27T23:28+0400
2023-09-27T23:28+0400
antonio quterreş
dünya xəbərləri
bmt
nüvə silahı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852371_0:0:3021:1700_1920x0_80_0_0_4985523681ae4b3e9fc8e49f2e8b4521.jpg
BAKI, 27 sentyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş dünyanı məhv etməklə təhdid edən yeni nüvə silahı yarışından narahatlığını ifadə edib. Bu barədə qurumun saytında məlumat verilib. Onun həyəcan təbili çalmasına Şimali Koreyanın Koreya yarımadasında nüvə müharibəsi başlaya biləcəyi ilə bağlı bəyanatları səbəb olub. Quterreş nüvə silahlarının genişləndirilməsi və modernləşdirilməsinin onu şoka saldığını bildirib. O, öldürücü silahların azaldılması və tamamilə aradan qaldırılması üçün səylərin gücləndirilməsinə çağırıb. "Nüvə bıçaqları yenidən səs-küy salırlar. Bu dəlilikdir. Biz kursu dəyişməliyik. Narahatedici yeni silahlanma yarışı başlayır. Nüvə silahlarının sayı onilliklər ərzində ilk dəfə arta bilər. Nüvə silahından istənilən istifadə - istənilən vaxt, istənilən yerdə və istənilən kontekstdə - epik nisbətdə humanitar fəlakətə gətirib çıxaracaq", - deyə BMT-nin baş katibi qeyd edib. Rusiya və ABŞ dünyanın ən böyük nüvə arsenalına sahibdirlər, lakin Çinin sahib olduğu nüvə başlıqlarının sayı da sürətlə artır. Quterreş hər kəsi heç bir halda nüvə silahından istifadə etməmək öhdəliyinə çağırıb. Bundan əvvəl KXDR-in taktiki nüvə silahı ilə təchiz edilmiş yeni nüvə sualtı qayığını suya buraxdığı bildirilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852371_62:0:2793:2048_1920x0_80_0_0_af133a2c640c637ce6aaeef00cd11c7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
antonio quterreş, bmt, nüvə silahı
antonio quterreş, bmt, nüvə silahı
BMT-nin baş katibi Quterreş yeni nüvə silahı yarışını dəlilik adlandırıb
Quterreş nüvə silahlarının genişləndirilməsi və modernləşdirilməsinin onu şoka saldığını bildirib.
BAKI, 27 sentyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş dünyanı məhv etməklə təhdid edən yeni nüvə silahı yarışından narahatlığını ifadə edib.
Bu barədə qurumun saytında məlumat verilib.
Onun həyəcan təbili çalmasına Şimali Koreyanın Koreya yarımadasında nüvə müharibəsi başlaya biləcəyi ilə bağlı bəyanatları səbəb olub.
Quterreş nüvə silahlarının genişləndirilməsi və modernləşdirilməsinin onu şoka saldığını bildirib. O, öldürücü silahların azaldılması və tamamilə aradan qaldırılması üçün səylərin gücləndirilməsinə çağırıb.
"Nüvə bıçaqları yenidən səs-küy salırlar. Bu dəlilikdir. Biz kursu dəyişməliyik. Narahatedici yeni silahlanma yarışı başlayır. Nüvə silahlarının sayı onilliklər ərzində ilk dəfə arta bilər. Nüvə silahından istənilən istifadə - istənilən vaxt, istənilən yerdə və istənilən kontekstdə - epik nisbətdə humanitar fəlakətə gətirib çıxaracaq", - deyə BMT-nin baş katibi qeyd edib.
Rusiya və ABŞ dünyanın ən böyük nüvə arsenalına sahibdirlər, lakin Çinin sahib olduğu nüvə başlıqlarının sayı da sürətlə artır.
Quterreş hər kəsi heç bir halda nüvə silahından istifadə etməmək öhdəliyinə çağırıb.
Bundan əvvəl KXDR-in taktiki nüvə silahı ilə təchiz edilmiş yeni nüvə sualtı qayığını suya buraxdığı bildirilmişdi.