https://sputnik.az/20230927/azerbaycanin-xaricdeki-sefirliklerine-ve-evlerine-qarsi-mutemadi-texribatlar-bas-verir-459054688.html
"Azərbaycanın xaricdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi təxribatlar baş verir"
"Azərbaycanın xaricdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi təxribatlar baş verir"
Sputnik Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan səfirlikləri və evlərinə qarşı təxribatlara münasibət bildirib. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T19:20+0400
2023-09-27T19:20+0400
2023-09-27T19:20+0400
azərbaycan
azərbaycan xəbərləri
diasporla iş üzrə dövlət komitəsi
diasporla iş üzrə dövlət komitəsi
təxribat
səfirlik
azərbaycan səfirlikləri
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458896880_0:160:3072:1888_1920x0_80_0_0_5df1d68a9e1d96c864db7abee9fd4987.jpg
BAKI, 27 sentyabr — Sputnik. "Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi olaraq təxribatlar baş verir". Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu cür qanunsuz hərəkətlər həmin ölkələrin və xalqlarının diplomatik korpuslara, nümayəndəliklərə nə qədər məsuliyyətlə yanaşmasından irəli gəlir: "Torontoda Azərbaycan Evi fəaliyyət göstərir. Bu yaxınlarda erməni diasporunun üzvləri ofisin qarşısında etiraz aksiyası keçirmək istədilər. Aksiyaya cəmi 7-8 nəfər qatıldı. Hətta Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin səfirliyimizin qarşısında keçirilən aksiyalarda da eyni hal yaşandı. Polis də onları uzaqlaşdırdı. Ona görə də diaspor fəallarımızı maarifləndirməliyik. Onlar öz vətəndaş hüquqlarından istifadə edərək belə halların qəbuledilməz olduğunu hər yerdə bildirməlidirlər". Xatırladaq ki, bu ay Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Komitənin "qaynar xətti"nə Toronto Azərbaycan Evindən məlumat daxil olub. Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Əlavə edək ki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına da boya tökülüb. Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb. Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb. Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib. Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Anceles polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458896880_171:0:2902:2048_1920x0_80_0_0_1e07f449a2e62ba0155318e3875c2d06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, diasporla iş üzrə dövlət komitəsi, diasporla iş üzrə dövlət komitəsi, təxribat, səfirlik, azərbaycan səfirlikləri
azərbaycan, diasporla iş üzrə dövlət komitəsi, diasporla iş üzrə dövlət komitəsi, təxribat, səfirlik, azərbaycan səfirlikləri
"Azərbaycanın xaricdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi təxribatlar baş verir"
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan səfirlikləri və evlərinə qarşı təxribatlara münasibət bildirib.
BAKI, 27 sentyabr — Sputnik. "Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi olaraq təxribatlar baş verir".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cür qanunsuz hərəkətlər həmin ölkələrin və xalqlarının diplomatik korpuslara, nümayəndəliklərə nə qədər məsuliyyətlə yanaşmasından irəli gəlir: "Torontoda Azərbaycan Evi fəaliyyət göstərir. Bu yaxınlarda erməni diasporunun üzvləri ofisin qarşısında etiraz aksiyası keçirmək istədilər. Aksiyaya cəmi 7-8 nəfər qatıldı. Hətta Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin səfirliyimizin qarşısında keçirilən aksiyalarda da eyni hal yaşandı. Polis də onları uzaqlaşdırdı. Ona görə də diaspor fəallarımızı maarifləndirməliyik. Onlar öz vətəndaş hüquqlarından istifadə edərək belə halların qəbuledilməz olduğunu hər yerdə bildirməlidirlər".
Xatırladaq ki, bu ay Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Komitənin "qaynar xətti"nə Toronto Azərbaycan Evindən məlumat daxil olub.
Gecə saatlarında bir qrup erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Əlavə edək ki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına da boya tökülüb. Bu barədə məlumat və video sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.
Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.
Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib.
Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Anceles polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.