https://sputnik.az/20230927/azerbaycan-rusiya-ticaret-dovriyyesi-durmadan-artir---sebebler-cedvel-458990515.html
Azərbaycan-Rusiya ticarət dövriyyəsi durmadan artır - Səbəblər, Cədvəl
Azərbaycan-Rusiya ticarət dövriyyəsi durmadan artır - Səbəblər, Cədvəl
Sputnik Azərbaycan
Deputat deyir ki, ticarət dövriyyəsinin artması bir daha təsdiq edir ki, iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi müşahidə olunur. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T09:31+0400
2023-09-27T09:31+0400
2023-09-27T09:31+0400
rusiya
iqtisadiyyat
idxal
ixrac
artım
azərbaycan
ticarət dövriyyəsi
aleksey overçuk
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445313537_0:160:3073:1888_1920x0_80_0_0_c36c1f7800693b4d9efb1e9e502cf6f2.jpg
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi durmadan artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2,8 milyard dollar olub. Bu göstərici 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 26,8 faiz çoxdur. Cari ilin 8 ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,9 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. Bəs, iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın səbəbi nədir? Bu il tərəflər arasında ticarət dövriyyəsinin nə qədər olacağı gözlənilir? Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya ənənəvi tərəfdaşlarla əlaqələrini genişləndirir və ya yeni tərəfdaşlar axtarır: "Bu da postsovet ölkələrinə öz təsirini göstərir və ticarət dövriyyəsində müsbət nəticələr müşahidə edilir". "Ticarət dövriyyəsi 5 milyard dollara qədər arta bilər" O qeyd edib ki, digər tərəfdən, Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi nəticədə qarşılıqlı ticarətə və eyni zamanda qarşılıqlı investisiyanın həyata keçirilməsinə müsbət təsir göstərir: "Xüsusilə Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda dinamikanın artdığını müşahidə edirik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiyaların genişlənməsi də Azərbaycan iqtisadiyyatının canlanması baxımından Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin artımına öz müsbət təsirini göstərir". "Bu ilin sonunadək Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara qədər arta bilər" -, deyə M.Bərxudarov əlavə edib. "Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır" Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, son illər Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artmaqdadır: "Hətta Rusiya-Ukrayna münaqişəsindən əvvəl də biz həm ticarət dövriyyəmizdə həm də iqtisadi əlaqələrimizdə genişlənmə müşahidə edirdik. Son dövrlərdə Azərbaycanın Rusiyaya ixracında artımlar qeydə alınıb. Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının 30 faizindən çoxu Rusiyanın payına düşür". O diqqətə çatdırıb ki, digər tərəfdən, Azərbaycan Rusiyadan idxalı artırıb: "Çünki Rusiyada istehsal olunan bir sıra ərzaq və sənaye məhsullarına Azərbaycanda tələb artıb. Bu da idxalın həcminə təsir göstərib. İkinci səbəb regionda müşahidə edilən inflyasiyadır. Çünki ticarət dövriyyəsinə inflyasiyanın yəni, istehlak bazarındakı qiymətlərin təsiri var. Əvvəlki illərdə nisbətən ucuz qiymətə idxal və ixrac edilən məhsullar inflyasiya nəticəsində indi nisbətən yüksək qiymətə idxal və ixrac olunur. Bu da ümumi ticarət dövriyyəsinin dəyərinə təsir göstərir". "İki ölkə arasında ticarət dövriyyəsinin artması bir daha təsdiq edir ki, ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsi müşahidə olunur" -, deyə V.Bayramov əlavə edib. Həm idxalda, həm də ixracda artım var Qeyd edək ki, bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilir. Belə ki, bu ilin 8 ayında Rusiyadan ölkəmizə 1,9 milyard dollarlıq məhsullar gətirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox deməkdir. Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilir. Cari ilin 8 ayında Azərbaycanın Rusiyaya ixracı 795 milyon dollar təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz artım deməkdir. Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu il Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik". Əlavə edək ki, keçən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445313537_170:0:2901:2048_1920x0_80_0_0_af62a189a8961b8220909185ee8c32e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, idxal, ixrac, artım, azərbaycan, ticarət dövriyyəsi, aleksey overçuk
rusiya, idxal, ixrac, artım, azərbaycan, ticarət dövriyyəsi, aleksey overçuk
Azərbaycan-Rusiya ticarət dövriyyəsi durmadan artır - Səbəblər, Cədvəl
Deputat deyir ki, ticarət dövriyyəsinin artması bir daha təsdiq edir ki, iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi müşahidə olunur.
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi durmadan artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2,8 milyard dollar olub. Bu göstərici 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 26,8 faiz çoxdur.
Cari ilin 8 ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,9 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Bəs, iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın səbəbi nədir? Bu il tərəflər arasında ticarət dövriyyəsinin nə qədər olacağı gözlənilir?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya ənənəvi tərəfdaşlarla əlaqələrini genişləndirir və ya yeni tərəfdaşlar axtarır: "Bu da postsovet ölkələrinə öz təsirini göstərir və ticarət dövriyyəsində müsbət nəticələr müşahidə edilir".
"Ticarət dövriyyəsi 5 milyard dollara qədər arta bilər"
O qeyd edib ki, digər tərəfdən, Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi nəticədə qarşılıqlı ticarətə və eyni zamanda qarşılıqlı investisiyanın həyata keçirilməsinə müsbət təsir göstərir: "Xüsusilə Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda dinamikanın artdığını müşahidə edirik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiyaların genişlənməsi də Azərbaycan iqtisadiyyatının canlanması baxımından Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin artımına öz müsbət təsirini göstərir".
"Bu ilin sonunadək Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara qədər arta bilər" -, deyə M.Bərxudarov əlavə edib.
"Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, son illər Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi artmaqdadır: "Hətta Rusiya-Ukrayna münaqişəsindən əvvəl də biz həm ticarət dövriyyəmizdə həm də iqtisadi əlaqələrimizdə genişlənmə müşahidə edirdik. Son dövrlərdə Azərbaycanın Rusiyaya ixracında artımlar qeydə alınıb. Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı Rusiyadır. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının 30 faizindən çoxu Rusiyanın payına düşür".
O diqqətə çatdırıb ki, digər tərəfdən, Azərbaycan Rusiyadan idxalı artırıb: "Çünki Rusiyada istehsal olunan bir sıra ərzaq və sənaye məhsullarına Azərbaycanda tələb artıb. Bu da idxalın həcminə təsir göstərib. İkinci səbəb regionda müşahidə edilən inflyasiyadır. Çünki ticarət dövriyyəsinə inflyasiyanın yəni, istehlak bazarındakı qiymətlərin təsiri var. Əvvəlki illərdə nisbətən ucuz qiymətə idxal və ixrac edilən məhsullar inflyasiya nəticəsində indi nisbətən yüksək qiymətə idxal və ixrac olunur. Bu da ümumi ticarət dövriyyəsinin dəyərinə təsir göstərir".
"İki ölkə arasında ticarət dövriyyəsinin artması bir daha təsdiq edir ki, ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsi müşahidə olunur" -, deyə V.Bayramov əlavə edib.
Həm idxalda, həm də ixracda artım var
Qeyd edək ki, bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilir. Belə ki, bu ilin 8 ayında Rusiyadan ölkəmizə 1,9 milyard dollarlıq məhsullar gətirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox deməkdir.
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilir. Cari ilin 8 ayında Azərbaycanın Rusiyaya ixracı 795 milyon dollar təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz artım deməkdir.
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu il Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik".
Əlavə edək ki, keçən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib.