CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Antiterror tədbirlərində şəhid olmuş DİN hərbçilərinin siyahısı açıqlanıb - VİDEO

© AR Ministry of Internal AffairsЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
=Azərbaycanın Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
BAKI, 27 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) 19-20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilmiş lokal antiterror tədbirlərində şəhid olmuş daxili işlər orqanları əməkdaşları barədə məlumat açıqlayıb.
Antiterror tədbirləri zamanı DİN-in 12 hərbi qulluqçusu şəhid olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 28.09.2023
HƏRBİ
Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı yenilənib
Xəbər lenti
0