https://sputnik.az/20230927/a-bu-mehsullarin-etiketlenmesi-qaydalarini-birlesdirir-459050733.html
Aİİ bu məhsulların etiketlənməsi qaydalarını birləşdirir
Aİİ bu məhsulların etiketlənməsi qaydalarını birləşdirir
Sputnik Azərbaycan
Bütün hallarda bu, Aİİ ölkələrinin hər birində vahid tələblərə uyğun formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat verəcək. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T17:16+0400
2023-09-27T17:16+0400
2023-09-27T17:16+0400
aii
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
avrasiya iqtisadi birliyi
avrasiya ittifaqı
komissiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447915266_0:0:1280:720_1920x0_80_0_0_6981272c0c38df35232a25ba4a17b015.jpg
BAKI, 27 sentyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının Şurası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində dərman vasitələrinin, alkoqolsuz içkilərin, şirələrin, həmçinin telefonların və noutbukların markalanması üçün vahid qaydaların müəyyən edilməsi barədə qərar qəbul edib. Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində məhsulların identifikasiya vasitələri ilə markalanması qaydasını və tətbiq tarixini müstəqil olaraq müəyyən edəcək, bu barədə altı aydan gec olmayaraq AİK-i məlumatlandıracaqlar. "Avrasiya İqtisadi Komissiyasının Şurası tərəflərin bir sıra təşəbbüs təkliflərinə baxaraq, Avrasiya İqtisadi İttifaqı ölkələrində dərman vasitələrinin, sərinləşdirici içkilərin, şirələrin, o cümlədən telefonların və noutbukların markalanması üçün vahid qaydaların müəyyən edilməsi barədə qərar qəbul edib", - məlumatda deyilir. Bütün hallarda bu, Aİİ ölkələrinin hər birində vahid tələblərə uyğun formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat verəcək. Eyni zamanda, Qırğızıstanda dərman vasitələrinin markalanması sisteminin xüsusiyyətlərinə görə, şura qəbul edilmiş qərardan fərqli olan identifikasiya vasitəsinə tələblərin tətbiqinə imkan verən istisna təmin edib. İttifaqa üzv dövlətlərin mövqeləri ilə bağlı qərarlarda bir sıra ölkələrin hazırkı mərhələdə etiketləmə tətbiq etmək niyyətlərinin olmaması xüsusi qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447915266_290:0:1250:720_1920x0_80_0_0_fd6d4bff3090c31fec67b12242f44165.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aii, avrasiya iqtisadi ittifaqı, avrasiya iqtisadi birliyi, avrasiya ittifaqı, komissiya
aii, avrasiya iqtisadi ittifaqı, avrasiya iqtisadi birliyi, avrasiya ittifaqı, komissiya
Aİİ bu məhsulların etiketlənməsi qaydalarını birləşdirir
Bütün hallarda bu, Aİİ ölkələrinin hər birində vahid tələblərə uyğun formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat verəcək.
BAKI, 27 sentyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının Şurası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində dərman vasitələrinin, alkoqolsuz içkilərin, şirələrin, həmçinin telefonların və noutbukların markalanması üçün vahid qaydaların müəyyən edilməsi barədə qərar qəbul edib.
Qəbul edilmiş sənədlərə əsasən, üzv dövlətlər öz ərazilərində məhsulların identifikasiya vasitələri ilə markalanması qaydasını və tətbiq tarixini müstəqil olaraq müəyyən edəcək, bu barədə altı aydan gec olmayaraq AİK-i məlumatlandıracaqlar.
"Avrasiya İqtisadi Komissiyasının Şurası tərəflərin bir sıra təşəbbüs təkliflərinə baxaraq, Avrasiya İqtisadi İttifaqı ölkələrində dərman vasitələrinin, sərinləşdirici içkilərin, şirələrin, o cümlədən telefonların və noutbukların markalanması üçün vahid qaydaların müəyyən edilməsi barədə qərar qəbul edib", - məlumatda deyilir.
Bütün hallarda bu, Aİİ ölkələrinin hər birində vahid tələblərə uyğun formalaşmış digər dövlətlərin identifikasiya vasitələrinin tanınmasına təminat verəcək. Eyni zamanda, Qırğızıstanda dərman vasitələrinin markalanması sisteminin xüsusiyyətlərinə görə, şura qəbul edilmiş qərardan fərqli olan identifikasiya vasitəsinə tələblərin tətbiqinə imkan verən istisna təmin edib.
İttifaqa üzv dövlətlərin mövqeləri ilə bağlı qərarlarda bir sıra ölkələrin hazırkı mərhələdə etiketləmə tətbiq etmək niyyətlərinin olmaması xüsusi qeyd edilib.