https://sputnik.az/20230927/Onlar-bu-gn-azadlqlarna-qovudular-rfli-tarixin-ilk-anlar-428027427.html
Onlar bu gün azadlıqlarına qovuşdular: Şərəfli tarixin ilk anları
Onlar bu gün azadlıqlarına qovuşdular: Şərəfli tarixin ilk anları
Sputnik Azərbaycan
Şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını Sputnik Azərbaycan 44 gün ərzində oxuculara çatdıracaq. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T07:31+0400
2023-09-27T07:31+0400
2023-09-26T19:51+0400
xəbərlər
anım günü
cəmiyyət
siyasət
qarabağ
tarixdə bu gün
vətən müharibəsi
işğaldan azad edilmiş ərazilər
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/04/425384970_0:127:1281:847_1920x0_80_0_0_f1e3f33d3ac6c626af0d6b94842600ef.jpg
BAKI, 27 sentyabr — Sputnik. Bu gün şanlı Vətən müharibəsinin başlanmasından iki il keçir. Azərbaycan Ordusu elə müharibənin ilk günündən döyüş meydanında öz üstünlüyünü sübut etdi və bu böyük missiyanı uğurla sona çatdıracağına hər kəsi əmin etdi.2020-ci il sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.Müdafiə Nazirliyinin 2020-ci il sentyabrın 27-də yaydığı məlumata görə, həmin gün Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi.Eləcə də oxuyun:Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötürHərbçilərimiz şəhidlərimizi belə andılarŞəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilirErmənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİNİlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik""Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban ƏliyevaAli Baş Komandan: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/04/425384970_0:0:1137:853_1920x0_80_0_0_1933e5f653324296518b003f5e94cf4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, anım günü, tarixdə bu gün , vətən müharibəsi, işğaldan azad edilmiş ərazilər, azərbaycan ordusu, payızın 44 anı, azərbaycan
xəbərlər, anım günü, tarixdə bu gün , vətən müharibəsi, işğaldan azad edilmiş ərazilər, azərbaycan ordusu, payızın 44 anı, azərbaycan
Onlar bu gün azadlıqlarına qovuşdular: Şərəfli tarixin ilk anları
Şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını Sputnik Azərbaycan 44 gün ərzində oxuculara çatdıracaq.
BAKI, 27 sentyabr — Sputnik. Bu gün şanlı Vətən müharibəsinin başlanmasından iki il keçir. Azərbaycan Ordusu elə müharibənin ilk günündən döyüş meydanında öz üstünlüyünü sübut etdi və bu böyük missiyanı uğurla sona çatdıracağına hər kəsi əmin etdi.
2020-ci il sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin 2020-ci il sentyabrın 27-də yaydığı məlumata görə, həmin gün Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi.
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"