CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürət qatarı gecikdi - Sərnişlərin halı pisləşdi

© Azerbaijan Highway State Agency Поезд Баку-Сумгаит, фото из архива
Поезд Баку-Сумгаит, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib.
BAKI, 26 sentyabr — Sputnik. Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı qatarı gecikib, bəzi sərnişlərin səhhətində problem yaranıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Qatarlarda havalandırma sisteminin işlək olmaması səbəbindən bəzi sərnişinlərin halı pisləşib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları"-dan Trend-ə bildirilib ki, bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib.
"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəq gecikmə ilə çatıb", - deyə əlavə edilib.
Xəbər lenti
0