https://sputnik.az/20230926/rekord---33-milyon-turkiye-bu-il-misli-gorunmemis-sayda-turist-qebul-edib-458964933.html
Rekord - 33 milyon: Türkiyə bu il misli görünməmiş sayda turist qəbul edib
Rekord - 33 milyon: Türkiyə bu il misli görünməmiş sayda turist qəbul edib
Sputnik Azərbaycan
İlin sonuna qədər Türkiyəyə gedən turistlərin sayı 60 milyona çatacaq. Orada istirahət edənlərin əksəriyyəti rusiyalılardır. 26.09.2023, Sputnik Azərbaycan
2023-09-26T08:33+0400
2023-09-26T08:33+0400
2023-09-26T08:33+0400
türkiyə
dünya xəbərləri
turizm
rusiya
istanbul
antalya
italiya
https://cdnn1.img.sputnik.az/img/41774/43/417744370_0:160:3072:1888_1920x0_80_0_0_a6359eef916d5f47608139731d2f9e9f.jpg
BAKI, 26 sentyabr — Sputnik. Türkiyə populyarlığının zirvəsindədir və son illərin turizm statistikasını ötüb keçir. İlin sonuna qədər ölkənin 60 milyondan çox turist qəbul edəcəyi proqnozlaşdırılır ki, bu da Türkiyəni dünyanın ən populyar turizm yerləri sıralamasında üçüncü yerə yüksəldəcək. Bu gün 2022-ci ilin yekunlarına görə, Avropa ölkələri arasında 82 milyon turist ilə Fransa birinci, 74 milyon turistlə İspaniya ikinci yeri tutur. Üçüncü yeri adətən gözəl İtaliya tutub - qədim Romanı, üzüm bağları ilə məşhur olan Toskananı, Sardiniya, Korsika və Siciliya ilə birlikdə Aralıq dənizini bir ildə orta hesabla 50 milyondan çox insan ziyarət edib. Əgər Türkiyə illik planını yerinə yetirsə, İtaliyanı çox geridə qoyacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin səkkiz ayında ölkəyə artıq 33,4 milyona yaxın xarici turist gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur. Bu rəqəmə xaricdə yaşayan və doğma kurortlarına gələn 3,3 milyondan çox türkü də əlavə etməliyik. Beləliklə, Türkiyəyə gələnlərin ümumi sayı təxminən 37 milyona çatıb. İlin sonuna qədər ölkə 60 milyon turisti qəbul etmək və turizmdən 56 milyard dollar gəlir əldə etmək niyyətindədir. Turizm Türkiyə üçün sərt valyutanın əsas mənbələrindən biridir. Son statistik məlumatlara görə, 2023-cü ilin birinci yarısında ölkənin turizmdən gəliri illik müqayisədə 27 faiz artaraq 21,7 milyard dollara çatıb. Rusiyalılar xarici turistlərin ən böyük qrupunu təşkil ediblər. Yanvar-avqust aylarında Türkiyəyə 4,35 milyon Rusiya vətəndaşı səfər edib ki, bu da xarici turistlərin ümumi sayının 13 faizini təşkil edir. Ötən ilin eyni dövründə Türkiyədə 3 milyondan bir qədər çox rusiyalı istirahət edib. Almanlar ötən ilin yanvar-avqust aylarında 3,85 milyon alman turistlə müqayisədə 4,08 milyon turistlə siyahıda ikinci yeri tutublar, üçüncü yerdə isə 2,65 milyon turistlə ingilislər qərarlaşıb. Turizm sənayesi nümayəndələrinin məlumatlarına görə, ilin sonuna qədər İngiltərədən Türkiyəyə 4 milyondan çox turistin gələcəyi gözlənilir. Həmçinin bu ilin ilk səkkiz ayında Türkiyəyə 1,8 milyon bolqar və 1,5 milyon iranlı səfər edib. Şəhərlər arasında artıq 12 milyona yaxın turistin ziyarət etdiyi İstanbul ən populyar istirahət yeri olub. Antalya 10,2 milyon turistlə ikinci yerdədir. Havanın temperaturu mövsümi normalardan artıq olduğundan Antalyada turizm mövsümü bu il noyabrın ortalarına qədər davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41774/43/417744370_171:0:2902:2048_1920x0_80_0_0_b8acf43f8ef70e0eec91695a711220d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, turizm, rusiya, istanbul, antalya, italiya
türkiyə, turizm, rusiya, istanbul, antalya, italiya
Rekord - 33 milyon: Türkiyə bu il misli görünməmiş sayda turist qəbul edib
İlin sonuna qədər Türkiyəyə gedən turistlərin sayı 60 milyona çatacaq. Orada istirahət edənlərin əksəriyyəti rusiyalılardır.
BAKI, 26 sentyabr — Sputnik. Türkiyə populyarlığının zirvəsindədir və son illərin turizm statistikasını ötüb keçir. İlin sonuna qədər ölkənin 60 milyondan çox turist qəbul edəcəyi proqnozlaşdırılır ki, bu da Türkiyəni dünyanın ən populyar turizm yerləri sıralamasında üçüncü yerə yüksəldəcək.
Bu gün 2022-ci ilin yekunlarına görə, Avropa ölkələri arasında 82 milyon turist ilə Fransa birinci, 74 milyon turistlə İspaniya ikinci yeri tutur. Üçüncü yeri adətən gözəl İtaliya tutub - qədim Romanı, üzüm bağları ilə məşhur olan Toskananı, Sardiniya, Korsika və Siciliya ilə birlikdə Aralıq dənizini bir ildə orta hesabla 50 milyondan çox insan ziyarət edib. Əgər Türkiyə illik planını yerinə yetirsə, İtaliyanı çox geridə qoyacaq.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin səkkiz ayında ölkəyə artıq 33,4 milyona yaxın xarici turist gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur. Bu rəqəmə xaricdə yaşayan və doğma kurortlarına gələn 3,3 milyondan çox türkü də əlavə etməliyik. Beləliklə, Türkiyəyə gələnlərin ümumi sayı təxminən 37 milyona çatıb. İlin sonuna qədər ölkə 60 milyon turisti qəbul etmək və turizmdən 56 milyard dollar gəlir əldə etmək niyyətindədir.
Turizm Türkiyə üçün sərt valyutanın əsas mənbələrindən biridir. Son statistik məlumatlara görə, 2023-cü ilin birinci yarısında ölkənin turizmdən gəliri illik müqayisədə 27 faiz artaraq 21,7 milyard dollara çatıb.
Rusiyalılar xarici turistlərin ən böyük qrupunu təşkil ediblər. Yanvar-avqust aylarında Türkiyəyə 4,35 milyon Rusiya vətəndaşı səfər edib ki, bu da xarici turistlərin ümumi sayının 13 faizini təşkil edir. Ötən ilin eyni dövründə Türkiyədə 3 milyondan bir qədər çox rusiyalı istirahət edib. Almanlar ötən ilin yanvar-avqust aylarında 3,85 milyon alman turistlə müqayisədə 4,08 milyon turistlə siyahıda ikinci yeri tutublar, üçüncü yerdə isə 2,65 milyon turistlə ingilislər qərarlaşıb. Turizm sənayesi nümayəndələrinin məlumatlarına görə, ilin sonuna qədər İngiltərədən Türkiyəyə 4 milyondan çox turistin gələcəyi gözlənilir. Həmçinin bu ilin ilk səkkiz ayında Türkiyəyə 1,8 milyon bolqar və 1,5 milyon iranlı səfər edib.
Şəhərlər arasında artıq 12 milyona yaxın turistin ziyarət etdiyi İstanbul ən populyar istirahət yeri olub. Antalya 10,2 milyon turistlə ikinci yerdədir. Havanın temperaturu mövsümi normalardan artıq olduğundan Antalyada turizm mövsümü bu il noyabrın ortalarına qədər davam edəcək.