CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

© Sputnik / Murad OrujovMillət vəkili Qənirə Paşayeva
Millət vəkili Qənirə Paşayeva - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.
BAKI, 26 sentyabr — Sputnik. Səhhətində yaranan problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın reanimasiya şöbəsində müalicəsi davam edir.
APA xəbər verir ki, millət vəkilinin səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də video bağlantı formatında məsləhətləşmələr aparılır.
Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilmişdir. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilmişdir.
***
"Pasiyentimiz Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Report"a Mərkəzi Klinikadan məlumat verilib.Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.
Xəbər lenti
0