Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

© Photo : Social media page of Hikmet HajiyevHikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Tərəflər Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşə hazırlığı müzakirə ediblər.
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Tərəflər Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşə hazırlığı müzakirə ediblər.
“Potensial görüş həm İrəvan, həm də Bakı tərəfindən daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiq etmək üçün istifadə edilməlidir”, - Avropa Şurasının görüşə dair yayılmış bəyanatında deyilir.
Xəbər lenti
0