DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Demoqrafik böhran Ukrayna üçün "böyük təhlükəyə" çevrilib

© AP Photo / Emilio MorenattiKiyevdə meydandan insanlar
Kiyevdə meydandan insanlar - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Ukraynada doğum səviyyəsi tarixən Avropada ən aşağı göstəricidir. Hazırda o, antirekordu qıra və dünyada ən aşağısı göstərici ola bilər.
BAKI, 26 sentyabr — Sputnik. Ukraynada doğum səviyyəsi dünya rekordunu qıra bilər.
"The Wall Street Journal" yazır ki, mənfi ssenari baş verərsə, ölkə əhalisinin sayı 30 milyondan aşağı düşə bilər.
Jurnalistlər qeyd ediblər ki, 2023-cü ilin birinci yarısında böhrandan əvvəlki eyni dövrlə müqayisədə 28% az doğuş qeydə alınıb. Bu azalmanın Ukraynanın 1991-ci ildə müstəqilliyini elan etməsindən bəri ən kəskin azalma olduğu bildirilir.
Eyni zamanda, Ukraynada doğum səviyyəsi tarixən Avropada ən aşağı göstəricidir. Hazırda o, antirekordu qıra və dünyada ən aşağısı göstərici ola bilər.
"Bu, böyük təhlükədir", - Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun demoqrafı Aleksandr Qladun belə deyib.
Əvvəllər də Ukrayna əhalisinin sayı ilə bağlı vəziyyətin hər ay daha da mürəkkəbləşdiyi bildirilib. Getdikcə daha çox insan başqa ölkələrə qaçmağa qərar verir.
Xəbər lenti
0