Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda immunizasiya üzrə yeni milli təlimatlar hazırlanır

© Sputnik / Александр Кряжев / Mediabanka keçidVətəndaşa peyvənd vurulur
Vətəndaşa peyvənd vurulur - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
İmmunlaşdırmada təşviqedici və maneə yaradan amillərin müəyyən edilməsi üçün ÜST-nin texniki dəstəyi ilə keyfiyyət tədqiqatı keçirilib.
BAKI, 26 sentyabr — Sputnik. "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə immunizasiya üzrə yeni milli təlimatın hazırlanması işi yekunlaşmaq üzrədir".
Bu barədə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamenti ilkin səhiyyə xidməti şöbəsinin əməkdaşı Aygün Xəlilova məlumat verib.
Onun sözlərinə görə, immunlaşdırmada təşviqedici və maneə yaradan amillərin müəyyən edilməsi üçün ÜST-nin texniki dəstəyi ilə keyfiyyət tədqiqatı keçirilib: "Tədqiqatın nəticələri əsasında immunlaşdırma proqramı üzrə 5 illik kommunikasiya fəaliyyət planı hazırlanır".
TƏBİB rəsmisi bildirib ki, "immunizasiya üzrə informasiya sisteminin təkmilləşdirilməsi: yol xəritəsi" hazırlanıb və aidiyyəti üzrə təqdim olunacaq.
İmmunlaşdırma sahəsində mövcud olan problemlərə toxunan qurum əməkdaşı əlavə edib ki, bura kadr çatışmazlığı və bir sira müəssisələrdə tibb işçilərinin yeni məlumatlarla bilgiləndirilməsinin zəif olması, elektron sistemə keçidlə əlaqədar olaraq bütün müəssisələrin elektronlaşmasının təmin olunmamasında yaranan çətinliklər aiddir. Eyni zamanda "Azərbaycan Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" qanunun 6 maddəsinə əsasən profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Buna əsaslanaraq vətəndaşlar tərəfindən çox sayda imtina halları qeyd olunur. İmtina səbəbləri kimi əhalinin maariflənmə və məlumatlılıq səviyyəsinin zəif olması, dezinformasiya, yan təsirlərlə bağlı narahatlıqlar, dini inanclara görə himayəçinin tərəddüdü, miqrasiya ilə əlaqədar olaraq uşaqların qeydiyyatında yaranmış problemlər, eləcə də əsassız tibbi əks-göstərişlərin çox olması, əhalinin məlumatlılıq səviyyəsinin kifayət qədər olmaması, statistik təhlil, hesabatların toplanması mərhələsində elektronlaşmanın tam olmaması səbəbindən yaranan çətinlikləri misal çəkmək olar.
Xəbər lenti
0