https://sputnik.az/20230926/anti-terror-emeliyyati-cenubi-qafqazda-neyi-deyisdi-458966789.html
Anti-terror əməliyyatı Cənubi Qafqazda nəyi dəyişdi?
Anti-terror əməliyyatı Cənubi Qafqazda nəyi dəyişdi?
Sputnik Azərbaycan
Politoloq istisna etmir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin qurulması və bu təşkilat daxilində əlaqələrin genişləndirilməsi... 26.09.2023, Sputnik Azərbaycan
2023-09-26T09:15+0400
2023-09-26T09:15+0400
2023-09-26T09:15+0400
anti-terror əməliyyatı
qarabağın dirçəlişi və reinteqrasiyası
politoloq
avrasiya iqtisadi ittifaqı
ermənistan
rusiya
dağlıq qarabağ
https://cdnn1.img.sputnik.az/img/42385/01/423850190_0:37:1001:600_1920x0_80_0_0_3c8db208427fa012f77c5e1ac5d5acec.jpg
BAKI, 26 sentyabr — Sputnik. "Anti-terror əməliyyatı Azərbaycanın Qarabağ üzərində hüququnun təsdiqlənməsi baxımından əhəmiyyətlidir. Bundan sonrakı vəziyyəti zaman göstərəcək". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib. Politoloq bildirib ki, rəsmi Bakı Rusiyanı xəbərdar etməklə anti-terror əməliyyatlarını həyata keçirib. Artıq Qərbin Qarabağ vasitəsilə Azərbaycan hakimiyyətinə təsir və manipulyasiya imkanları yetərincə məhdudlaşıb: ""Dağlıq Qarabağ" layihəsi erməni diasporunun fəaliyyətinin nəticəsi idi. Bu layihə Qərbdə fəaliyyət göstərən və onun müvafiq dairələri ilə əlaqələri olan diasporun fəaliyyəti nəticəsində ortaya çıxmışdı. Bu mənada erməni diasporasının Qərbdəki siyasi elitalar vasitəsilə Azərbaycanın daxili işlərinə qarışmaq imkanlarının qarşısı alınmış oldu. Politoloq qeyd edib ki, Rusiya da Azərbaycanın "Dağlıq Qarabağ" üzərində suveren hüquqlarını tanıyır. Ermənistan hakimiyyəti də keçən il Praqada baş tutmuş danışıqlardan sonra Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qəbul edib. Bu baxımdan oktyabrın 5-də Qranada danışıqlarında sülh müqaviləsinin imzalanma ehtimalı böyükdür. Bunu Ermənistan parlamentinin sədri də etiraf edib və deyib ki, tərəflər əbədi müharibə istəmirlər. Elşən Manafov istisna etmir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin qurulması və bu təşkilat daxilində əlaqələrin genişləndirilməsi istiqamətində də addımlar ata bilər: "Amma bütövlükdə bu problemin həllindən sonra Avropa İttifaqının və ABŞ-ın bu məsələ ilə manipulyasiya edib, Rusiyanın bölgəyə təsir imkanlarını məhdudlaşdırmaq, Azərbaycan hakimiyyətini separatçı rejimlə danışıqlar masası arxasına oturtmaq kimi niyyətləri artıq baş tutmamış hesab edilməlidir. Yevlaxda keçirilmiş bəlli görüşdə Azərbaycan tərəfi diktə edən tərəf idi. Bəllidir ki, "Dağlıq Qarabağ"dakı erməni icması onların reinteqrasiyası ilə bağlı planları qəbul edəcəksə, tərəflər arasında sivil münasibətlərin quralacağına heç bir şübhə yoxdur". Manafovun fikrincə, Azərbaycan "Dağlıq Qarabağ" üzərində öz suveren hüququnu əbədi olaraq bərpa edib:"Bölgə dövlətlərinin bu faktı qəbul etməsi, onu deməyə əsası verir ki, bölgənin problemləri ilə bağlı məsələləri ancaq özləri həll edəcəklər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42385/01/423850190_11:0:900:667_1920x0_80_0_0_1650d28de42093dd6bf2931b9abd525a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
anti-terror əməliyyatı, politoloq, avrasiya iqtisadi ittifaqı, ermənistan, rusiya, dağlıq qarabağ
anti-terror əməliyyatı, politoloq, avrasiya iqtisadi ittifaqı, ermənistan, rusiya, dağlıq qarabağ
Anti-terror əməliyyatı Cənubi Qafqazda nəyi dəyişdi?
Politoloq istisna etmir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin qurulması və bu təşkilat daxilində əlaqələrin genişləndirilməsi istiqamətində də addımlar ata bilər.
BAKI, 26 sentyabr — Sputnik. "Anti-terror əməliyyatı Azərbaycanın Qarabağ üzərində hüququnun təsdiqlənməsi baxımından əhəmiyyətlidir. Bundan sonrakı vəziyyəti zaman göstərəcək". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloq bildirib ki, rəsmi Bakı Rusiyanı xəbərdar etməklə anti-terror əməliyyatlarını həyata keçirib. Artıq Qərbin Qarabağ vasitəsilə Azərbaycan hakimiyyətinə təsir və manipulyasiya imkanları yetərincə məhdudlaşıb:
""Dağlıq Qarabağ" layihəsi erməni diasporunun fəaliyyətinin nəticəsi idi. Bu layihə Qərbdə fəaliyyət göstərən və onun müvafiq dairələri ilə əlaqələri olan diasporun fəaliyyəti nəticəsində ortaya çıxmışdı. Bu mənada erməni diasporasının Qərbdəki siyasi elitalar vasitəsilə Azərbaycanın daxili işlərinə qarışmaq imkanlarının qarşısı alınmış oldu.
Politoloq qeyd edib ki, Rusiya da Azərbaycanın "Dağlıq Qarabağ" üzərində suveren hüquqlarını tanıyır. Ermənistan hakimiyyəti də keçən il Praqada baş tutmuş danışıqlardan sonra Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qəbul edib. Bu baxımdan oktyabrın 5-də Qranada danışıqlarında sülh müqaviləsinin imzalanma ehtimalı böyükdür. Bunu Ermənistan parlamentinin sədri də etiraf edib və deyib ki, tərəflər əbədi müharibə istəmirlər.
"Əlbəttə Azərbaycanda bəzi dairələrin belə ehtimalları var ki, Rusiya bu vəziyyətdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq. Amma bunu doğru hesab etmirəm. Rusiya Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlı olan fövqəl dövlətdir. Ən azı Azərbaycan dövlətinin və hakimiyyətinin Ukrayna müharibəsi kontekstində Qərbin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaması, logistika ilə bağlı Rusiyaya əlverişli imkanların yaradılması bunu deməyə əsas verir ki, iki ölkənin münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək" - politoloq deyib.
Elşən Manafov istisna etmir ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin qurulması və bu təşkilat daxilində əlaqələrin genişləndirilməsi istiqamətində də addımlar ata bilər:
"Amma bütövlükdə bu problemin həllindən sonra Avropa İttifaqının və ABŞ-ın bu məsələ ilə manipulyasiya edib, Rusiyanın bölgəyə təsir imkanlarını məhdudlaşdırmaq, Azərbaycan hakimiyyətini separatçı rejimlə danışıqlar masası arxasına oturtmaq kimi niyyətləri artıq baş tutmamış hesab edilməlidir. Yevlaxda keçirilmiş bəlli görüşdə Azərbaycan tərəfi diktə edən tərəf idi. Bəllidir ki, "Dağlıq Qarabağ"dakı erməni icması onların reinteqrasiyası ilə bağlı planları qəbul edəcəksə, tərəflər arasında sivil münasibətlərin quralacağına heç bir şübhə yoxdur".
Manafovun fikrincə, Azərbaycan "Dağlıq Qarabağ" üzərində öz suveren hüququnu əbədi olaraq bərpa edib:
"Bölgə dövlətlərinin bu faktı qəbul etməsi, onu deməyə əsası verir ki, bölgənin problemləri ilə bağlı məsələləri ancaq özləri həll edəcəklər".