https://sputnik.az/20230926/ak-istehlakcilarin-huquqlarinin-mudafiesi-uzre-a-olkelerinin-fealiyyetini-beyenib-459018411.html
AİK istehlakçıların hüquqlarının müdafiəsi üzrə Aİİ ölkələrinin fəaliyyətini bəyənib
AİK istehlakçıların hüquqlarının müdafiəsi üzrə Aİİ ölkələrinin fəaliyyətini bəyənib
Sputnik Azərbaycan
2022-ci ilin iyununda Aİİ-yə üzv olan dövlətlərin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyət proqramı qəbul edilib və 2025-ci ilə qədər... 26.09.2023, Sputnik Azərbaycan
2023-09-26T17:43+0400
2023-09-26T17:43+0400
2023-09-26T17:55+0400
avrasiya
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
aii
komissiya
iqtisadi
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459018242_0:0:3072:1728_1920x0_80_0_0_dfeec8bb52361c03814897396a93049a.jpg
BAKI, 26 sentyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə birgə fəaliyyət Proqramının həyata keçirilməsinin birinci ili ərzində əldə edilmiş işlərinin nəticələrini təsdiqləyib. AİK-in texniki tənzimləmə naziri Viktor Nazarenko bildirib ki, proqram bu sahədə razılaşdırılmış siyasəti həyata keçirmək üçün ölkələrin hərtərəfli işlərinin təşkilinə yönəlmiş ilk Aİİ sənədidir. Aİİ-yə üzv olan dövlətlərinin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyət proqramı 2022-ci ilin iyununda qəbul edilib və 2025-ci ilə qədər bu proqram qüvvədədir. Tədbirlərin həyata keçirilməsində dövlət qurumları, ictimai təşkilatlar, işgüzar dairələr iştirak edirlər. Proqram çərçivəsində üzv dövlətlərin birgə işinin əsas istiqamətləri istehlakçıların maraqlarının nəzərə alınması mexanizminin formalaşdırılması üçün təşkilati əsasların yaradılması, bu sahədə ölkələrin ümumi yanaşmalarının işlənib hazırlanması, səlahiyyətli orqanlar arasında informasiya qarşılıqlı əlaqələrinin inkişafı, vətəndaşların maarifləndirilməsinə, rasional və dayanıqlı istehlak bacarıqlarının formalaşdırılmasına yönəlmiş birgə tədbirlərin keçirilməsi, habelə istehlakçıların iştirakı ilə transsərhəd mübahisələrin həlli mexanizmlərinin yaradılmasıdır. Komissiyanın bu məsələ ilə bağlı hazırladığı məlumatda ittifaqda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət, dövlətlərin birgə işlərinin nəticələri və fərdi proqram tədbirlərinin həyata keçirilməsi ilə bağlı təkliflər barədə məlumat verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459018242_125:0:2856:2048_1920x0_80_0_0_2a20194c1ff25368a29fcd48f6b130fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avrasiya, avrasiya iqtisadi ittifaqı, aii, komissiya, iqtisadi
avrasiya, avrasiya iqtisadi ittifaqı, aii, komissiya, iqtisadi
AİK istehlakçıların hüquqlarının müdafiəsi üzrə Aİİ ölkələrinin fəaliyyətini bəyənib
17:43 26.09.2023 (Yenilənib: 17:55 26.09.2023) 2022-ci ilin iyununda Aİİ-yə üzv olan dövlətlərin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyət proqramı qəbul edilib və 2025-ci ilə qədər bu proqram davam edəcək.
BAKI, 26 sentyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin istehlakçıların hüquqlarının müdafiəsi üzrə birgə fəaliyyət Proqramının həyata keçirilməsinin birinci ili ərzində əldə edilmiş işlərinin nəticələrini təsdiqləyib.
AİK-in texniki tənzimləmə naziri Viktor Nazarenko bildirib ki, proqram bu sahədə razılaşdırılmış siyasəti həyata keçirmək üçün ölkələrin hərtərəfli işlərinin təşkilinə yönəlmiş ilk Aİİ sənədidir.
"İttifaqın bütün ölkələri proqramın həyata keçirilməsində bərabər şəkildə iştirak edirlər. Onların birgə səyləri Aİİ-nin daxili bazarının sabitliyin qorunması məqsədilə istehlakçıların rifahının və təhlükəsizliyinin qorunmasına yönəlib", - deyə Nazarenko qeyd edib.
Aİİ-yə üzv olan dövlətlərinin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyət proqramı 2022-ci ilin iyununda qəbul edilib və 2025-ci ilə qədər bu proqram qüvvədədir. Tədbirlərin həyata keçirilməsində dövlət qurumları, ictimai təşkilatlar, işgüzar dairələr iştirak edirlər.
Proqram çərçivəsində üzv dövlətlərin birgə işinin əsas istiqamətləri istehlakçıların maraqlarının nəzərə alınması mexanizminin formalaşdırılması üçün təşkilati əsasların yaradılması, bu sahədə ölkələrin ümumi yanaşmalarının işlənib hazırlanması, səlahiyyətli orqanlar arasında informasiya qarşılıqlı əlaqələrinin inkişafı, vətəndaşların maarifləndirilməsinə, rasional və dayanıqlı istehlak bacarıqlarının formalaşdırılmasına yönəlmiş birgə tədbirlərin keçirilməsi, habelə istehlakçıların iştirakı ilə transsərhəd mübahisələrin həlli mexanizmlərinin yaradılmasıdır.
Komissiyanın bu məsələ ilə bağlı hazırladığı məlumatda ittifaqda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət, dövlətlərin birgə işlərinin nəticələri və fərdi proqram tədbirlərinin həyata keçirilməsi ilə bağlı təkliflər barədə məlumat verilir.