Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Universitetlərdə üçillik təhsil: Ali məktəblər nazirin ideyasına necə reaksiya verdi?

© AFP 2024 / ALAIN JOCARDAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Universitetlər bildirirlər ki, vacib olan təhsil proqramlarının yekununda məzunlarda əmək bazarına uyğun müvafiq peşə bacarıqlarını və analitik düşüncə tərzini formalaşdırmaqdır.
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda bəzi ali məktəblərdə ixtisasların tədris müddəti azaldıla bilər. Bunu Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə keçirdiyi brifinqdə deyib.
"Ali məktəblərdə bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınması ilə bağlı məsələ pilot layihə çərçivəsində növbəti illərdə həyata keçiriləcək" - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu, təhsilalanların sayının artırılmasına da səbəb olacaq: "Hesab edirəm ki, bu, faydalı olacaq. Bu dəyişikliyin informasiya texnologiyaları və turizm sahəsində edilməsi nəzərdə tutulur".
Bəs görəsən, ali təhsil müəssisələri bu yeniliyi necə qarşılayır? Tədris müddətinin aşağı salınması təhsildə keyfiyyətə təsir etməyəck ki?
Azərbaycan Turizm və Menecment Universitetin Turizm biznesi kafedrasının dosenti Bahadur Bilalov Sputnik Azərbaycan-a bildirib ki, Avropanın bəzi universitetlərində turizm təhsili üç ildir:
"Elə bizim əməkdaşlıq etdiyimiz Avstriyanın İMC Krems universitetində də təhsil üç ildir. Amma bir məsələ var ki, Avropada orta məktəb 12 illikdir. Bu səbəbdən bizim bakalavr təhsil proqramlarında olan fənlər (məsələn, Ölkə tarixi və digərləri) orta məktəbin 12-ci sinfində tədris olunduğundan, bakalavr proqramına salınmır. Bunun hesabına 3 illik proqram tətbiq edilir".
Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva isə agentliyimizə deyib ki, bakalavriat səviyyəsi üzrə turizm və bəzi texnoloji ixtisasların təhsil müddətinin azaldılması beynəlxalq təcrübədə rast gəlinən haldır. Dünyanın bir çox nüfuzlu universitetlərində uyğun ixtisaslar üzrə təhsil dövrü 3 il müddətinə nəzərdə tutulub:
"Sözügedən ixtisaslar üzrə qəbul olunan təhsil proqramları ixtisasın peşə kompetensiyalarını əhatə etdiyi, həmiçinin tədrisin qrafiki düzgün planlaşdırıdığı təqdirdə mümkün sayıla bilər. Vacib olan təhsil proqramlarının yekununda məzunlarda əmək bazarına uyğun müvafiq peşə bacarıqlarını və analitik düşüncə tərzini formalaşdırmaqdır".
Müstəqil ekspertlər isə o fikirdədirlər ki, Azərbaycanda bəzi ixtisaslar üzrə təhsil müddətinin 4 il olması prosesin süni şəkildə uzadılmasıdır. Turizm, jurnalistika, kitabxanaçılıq, informasiya texnologiyaları və s. ixtisaslar üzrə təhsil müddətinin uzadılması keyfiyyət amilini artırmır. Əksinə, bəzi hallarda bu ixtisasa yiyələnəcək tələbələrin lazımsız fənnlərlə yüklənməsinə, beləliklə də əmək bazarına bir il gec daxil olmasına səbəb olur. Odur ki, ekspertlər Azərbaycanda bəzi ixtisaslar üzrə tədris müddətinin aşağı salınmasını zəruri hesab edirlər.
Xəbər lenti
0