https://sputnik.az/20230925/susa-2024-cu-il-ucun-slam-dunyasinin-medeniyyet-paytaxti-elan-edilib-458956240.html
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Sputnik Azərbaycan
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olundu. 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T15:15+0400
2023-09-25T15:15+0400
2023-09-25T15:15+0400
şuşa
mədəniyyət
türksoy
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970678_0:0:2000:1125_1920x0_80_0_0_827b0f0460b765d1eddb8248cb28aa57.jpg
BAKI, 25 sentyabr — Sputnik. Mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib. Nazir Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramı çərçivəsində zərbaycanın dilbər guşəsinin namizədliyini irəli sürüb. Konfrans çərçivəsində Şuşa şəhərinin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu vurğulanıb, həmçinin qeyd olunub ki, bu dilbər guşə İslam sivilizasiyasının simvollarından biri olub. Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub. Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olundu. Xatırladaq ki, 2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970678_0:0:1778:1333_1920x0_80_0_0_c80e5688dd01b157bf74422e456b434d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, türksoy
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olundu.
BAKI, 25 sentyabr — Sputnik. Mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib. Nazir Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramı çərçivəsində zərbaycanın dilbər guşəsinin namizədliyini irəli sürüb.
Konfrans çərçivəsində Şuşa şəhərinin Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu vurğulanıb, həmçinin qeyd olunub ki, bu dilbər guşə İslam sivilizasiyasının simvollarından biri olub. Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub.
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olundu.
Xatırladaq ki, 2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.