DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya ABŞ-ı Moskva formatında Kazanda keçiriləcək görüşə dəvət etməyib - Kabulov

© Sputnik / Алексей Никольский / Mediabanka keçidRusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Moskva formatının Əfqanıstan üzrə əvvəlki görüşü ötən ilin noyabrında Moskvada keçirilib.
BAKI, 25 sentyabr — Sputnik. Rusiya ABŞ-ı sentyabrın 29-da Kazanda keçiriləcək Əfqanıstan üzrə Moskva formatlı toplantıda müşahidəçi qismində iştirak üçün dəvət etməyib. Bu barədə TASS-a Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov məlumat verib.
"Xeyr, onlar dəvət edilməyiblər və bu planlaşdırılmır", - Kabulov deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın iştirakı ilə Əfqanıstan üzrə genişləndirilmiş "üçlük" formatı işləmir. "İndi onu dördlük əvəz edir - Rusiya, Çin, Pakistan, İran. Bu format hələlik işləyəcək. Sonrasına isə baxacağıq", - diplomat əlavə edib.
Moskva formatının Əfqanıstan üzrə əvvəlki görüşü ötən ilin noyabrında Moskvada keçirilib. Bu format 2017-ci ildə Əfqanıstanda milli barışıq prosesinin irəliləməsinə kömək etmək üçün yaradılıb.
Xəbər lenti
0