https://sputnik.az/20230925/pasinyan-anti-rusiya-beyanatlari-ile-gunahi-moskvanin-uzerine-atmaq-isteyir---rf-xn-458965449.html
Paşinyan Rusiyadan üz döndərmək istədiyini etiraf etdi, Moskvanın cavabı gecikmədi
Paşinyan Rusiyadan üz döndərmək istədiyini etiraf etdi, Moskvanın cavabı gecikmədi
Sputnik Azərbaycan
Rusiya XİN bəyan edib ki, Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağın gələcəyi ilə bağlı "centlmen razılaşması"na riayət etmək əvəzinə, Qərbin... 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T17:18+0400
2023-09-25T17:18+0400
2023-09-25T19:49+0400
rusiya
rusiya xin
rusiya xin mətbuat xidməti
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426504973_0:161:3071:1888_1920x0_80_0_0_31d1b8a2707c5b4bec02ba04355d5ec3.jpg
BAKI, 25 sentyabr - Sputnik. “Ermənistanın baş naziri Nikol Paşinyan anti-Rusiya bəyanatları ilə günahı rəsmi Moskvanın üzərinə atmaq, məsuliyyətdən yayınmaq istəyir”.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.Qeyd olunub ki, Paşinyanın dünənki çıxışlarında Rusiyaya qarşı qəbuledilməz bəyanatlar var:“İrəvan bilərəkdən Moskva ilə əlaqələri pozmağa çalışır. Beləliklə, Qərbin geosiyasi oyunlarının girovuna çevrilir və böyük səhvə yol verir”.Bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakter daşıyır: “Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.Həmçinin bəyanatda göstərilib ki, Paşinyan bütün bu müddət ərzində Ermənistanın bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib: “Rusiya isə Ermənistana təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində genişmiqyaslı yardım göstərməkdə davam edir".XİN həmçinin qeyd edib ki, “Ermənistan rəhbərliyi Rusiya və Azərbaycanla ritmik işləməkdənsə, Qərbə üz tutub.Qeyd olunub ki, N.Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağın gələcəyi ilə bağlı "centlmen razılaşması"na riayət etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əyib.
https://sputnik.az/20230925/revanin-ikiterefli-munasibetlere-xelel-getiren-beyanatlarina-cavab-verilecek---rusiya-xn-458962096.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426504973_170:0:2901:2048_1920x0_80_0_0_bc9eeaa5e206361d04cfefe5cf436210.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, rusiya xin mətbuat xidməti, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
rusiya xin, rusiya xin mətbuat xidməti, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Paşinyan Rusiyadan üz döndərmək istədiyini etiraf etdi, Moskvanın cavabı gecikmədi
17:18 25.09.2023 (Yenilənib: 19:49 25.09.2023) Rusiya XİN bəyan edib ki, Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağın gələcəyi ilə bağlı "centlmen razılaşması"na riayət etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əyib.
BAKI, 25 sentyabr - Sputnik. “Ermənistanın baş naziri Nikol Paşinyan anti-Rusiya bəyanatları ilə günahı rəsmi Moskvanın üzərinə atmaq, məsuliyyətdən yayınmaq istəyir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Paşinyanın dünənki çıxışlarında Rusiyaya qarşı qəbuledilməz bəyanatlar var:
“İrəvan bilərəkdən Moskva ilə əlaqələri pozmağa çalışır. Beləliklə, Qərbin geosiyasi oyunlarının girovuna çevrilir və böyük səhvə yol verir”.
Bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakter daşıyır:
“Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.
Həmçinin bəyanatda göstərilib ki, Paşinyan bütün bu müddət ərzində Ermənistanın bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib: “Rusiya isə Ermənistana təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində genişmiqyaslı yardım göstərməkdə davam edir".
XİN həmçinin qeyd edib ki, “Ermənistan rəhbərliyi Rusiya və Azərbaycanla ritmik işləməkdənsə, Qərbə üz tutub.
Qeyd olunub ki, N.Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağın gələcəyi ilə bağlı "centlmen razılaşması"na riayət etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əyib.