Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İrəvanın ikitərəfli münasibətlərə xələl gətirən bəyanatlarına cavab veriləcək - Rusiya XİN

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Ermənistan Baş naziri Ermənistan-Rusiya strateji tərəfdaşlığının alətlərinin Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini bildirib.
BAKI, 25 sentyabr — Sputnik. Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir sıra bəyanatları ilə bağlı açıqlama verəcək. Bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Deyə bilərəm ki, Ermənistanın baş naziri Nikol Paşinyan və İrəvanın rəsmi nümayəndələri tərəfindən Moskva ilə bağlı reallığa uyğun gəlməyən bir sıra bəyanatlar ilk növbədə ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna ətraflı cavab yaxın vaxtlarda,Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı bir neçə dəqiqə ərzində veriləcək", - diplomat bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərinə müraciəti zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Ermənistan-Rusiya strateji tərəfdaşlığının alətlərinin Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini bildirib.
Bundan başqa, Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdığını bəyan edib. Baş nazirin sözlərinə görə, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etmir, çünki Rusiya bunu ya istəmir, ya da edə bilmir.
Xəbər lenti
0