https://sputnik.az/20230925/mektebliye-qarsi-zorakiliq-eden-memur-usaq-evine-direktor-teyin-olunub-458964107.html
Məktəbliyə qarşı zorakılıq edən məmur uşaq evinə direktor təyin olunub
Məktəbliyə qarşı zorakılıq edən məmur uşaq evinə direktor təyin olunub
Sputnik Azərbaycan
Bir müddət öncə toplanan sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham edilib. 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T18:00+0400
2023-09-25T18:00+0400
2023-09-25T18:00+0400
məktəbli
cəmiyyət
zorakılıq
https://cdnn1.img.sputnik.az/img/42179/38/421793887_38:0:1000:541_1920x0_80_0_0_15528ba7ac938bb69e401e0a74b397fd.jpg
BAKI, 25 sentyabr — Sputnik. Məktəbliyə zorakılıq etməkdə ittiham olunan Lənkəran rayon icra başçısının sabiq müavini Rasilə Arif qızı Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, uşaq evinin direktoru Mehriban Səfərovanın bir qədər əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb. Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb və icra başçısının birinci müavini vəzifəsindən azad edilib. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanan sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham edilib. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlayıb (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/38/421793887_279:0:1000:541_1920x0_80_0_0_b54b12328598f4efc2e0a7013db69b29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəbli, zorakılıq
Məktəbliyə qarşı zorakılıq edən məmur uşaq evinə direktor təyin olunub
Bir müddət öncə toplanan sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham edilib.
BAKI, 25 sentyabr — Sputnik. Məktəbliyə zorakılıq etməkdə ittiham olunan Lənkəran rayon icra başçısının sabiq müavini Rasilə Arif qızı Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, uşaq evinin direktoru Mehriban Səfərovanın bir qədər əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.
Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb və icra başçısının birinci müavini vəzifəsindən azad edilib.
İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham edilib.
Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlayıb (APA).