https://sputnik.az/20230925/ermenistanda-komendant-saati-tetbiq-edile-biler-458869521.html
İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası keçirilir, çox sayda saxlanılan var
İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası keçirilir, çox sayda saxlanılan var
Sputnik Azərbaycan
İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir. 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T10:50+0400
2023-09-25T10:50+0400
2023-09-25T10:48+0400
komendant saatı
dünya xəbərləri
irəvan
ermənistan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458865662_0:177:3014:1872_1920x0_80_0_0_fe369b49317534fddd087031394e0d16.jpg
BAKI, 25 sentyabr — Sputnik. İrəvanda başlayan itaətsizlik aksiyalarında saxlanılanların sayı 142 nəfərə çatıb.Bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.Qeyd edək ki, bu gün səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.09:40Bu gün səhər İrəvanda keçirilən aksiyalarla əlaqədar 53 nəfər saxlanılıb.Bu barədə Sputnik Ermənistan İrəvan polisinə istinadla məlumat yayıb.22.09.23, 15:27Ermənistanda komendant saatı tətbiq edilə bilərErmənistanda hakimiyyət komendant saatının tətbiqini planlaşdırır. Bu barədə Ermənistanın "Joqovurd" nəşri yazıb. Bildirilib ki, baş nazir Nikol Paşinyan komandası ilə birgə ölkədə komendant saatının tətbiqi barədə müzakirələr aparıb. Qeyd olunub ki, İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir. Xatırladaq ki, bir neçə gündür Ermənistanda kütləvi aksiyalar keçirilir. Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib ki, Ermənistan hakimiyyəti paytaxt İrəvanda iğtişaşlar təşkil etmək cəhdlərinə sərt reaksiya verəcək. Baş nazirin sözlərinə görə, vətəndaşlar daha sürətli və sərt reaksiya istəyirlər və bu olacaq. Eyni zamanda, o qeyd edib ki, aksiyaların təşkilatçıları Ermənistan hakimiyyətinin İrəvan küçələrində qan tökməsini istəyir. Bununla belə, Baş nazir Paşinyanın sözlərinə görə, hakimiyyət sərt davransa da, qanun və səlahiyyəti çərçivəsində hərəkət edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/16/458865662_142:0:2873:2048_1920x0_80_0_0_2df41382e9aa256524626bbf2225a9c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
komendant saatı, irəvan, ermənistan, ermənistanın baş naziri nikol paşinyan
komendant saatı, irəvan, ermənistan, ermənistanın baş naziri nikol paşinyan
İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası keçirilir, çox sayda saxlanılan var
İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir.
BAKI, 25 sentyabr — Sputnik. İrəvanda başlayan itaətsizlik aksiyalarında saxlanılanların sayı 142 nəfərə çatıb.
Bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.
Bu gün səhər İrəvanda keçirilən aksiyalarla əlaqədar 53 nəfər saxlanılıb.
Bu barədə Sputnik Ermənistan İrəvan polisinə istinadla məlumat yayıb.
Ermənistanda komendant saatı tətbiq edilə bilər
Ermənistanda hakimiyyət komendant saatının tətbiqini planlaşdırır.
Bu barədə Ermənistanın "Joqovurd" nəşri yazıb.
Bildirilib ki, baş nazir Nikol Paşinyan komandası ilə birgə ölkədə komendant saatının tətbiqi barədə müzakirələr aparıb.
Qeyd olunub ki, İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir.
Xatırladaq ki, bir neçə gündür Ermənistanda kütləvi aksiyalar keçirilir.
Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib ki, Ermənistan hakimiyyəti paytaxt İrəvanda iğtişaşlar təşkil etmək cəhdlərinə sərt reaksiya verəcək.
Baş nazirin sözlərinə görə, vətəndaşlar daha sürətli və sərt reaksiya istəyirlər və bu olacaq. Eyni zamanda, o qeyd edib ki, aksiyaların təşkilatçıları Ermənistan hakimiyyətinin İrəvan küçələrində qan tökməsini istəyir. Bununla belə, Baş nazir Paşinyanın sözlərinə görə, hakimiyyət sərt davransa da, qanun və səlahiyyəti çərçivəsində hərəkət edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.