https://sputnik.az/20230925/dtx-qarabag-bolgesinin-ermeni-ehalisine-muraciet-edib-silahlari-tehvil-verin-458941175.html
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib: Silahları təhvil verin!
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib: Silahları təhvil verin!
Sputnik Azərbaycan
DTX-ya silahları təhvil verməyən ermənilərin aqibəti necə olacaq?
2023-09-25T10:32+0400
2023-09-25T10:32+0400
2023-09-25T10:57+0400
dtx
qarabağın dirçəlişi və reinteqrasiyası
silahlı qüvvələr
azərbaycan silahlı qüvvələri
qarabağ
erməni
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441728266_0:0:1000:563_1920x0_80_0_0_72089134fc353458dad6b6306f388704.jpg
BAKI, 25 sentyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib. Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, cari il sentyabrın 19-20-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur ediliblər: "Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar". Bundan başqa, vurğulanıb ki, qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb. "Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır. Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir" - məlumatda qeyd olunub.
https://sputnik.az/20230925/polis-ve-mulki-sexslerin-helak-olmasina-sebeb-olan-terror-akti-toredenler-saxlanilib-458940763.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441728266_169:0:1000:623_1920x0_80_0_0_c7888714cd78d58e93d131d4e0269efe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dtx silahları təhvil verməyən ermənilər
dtx silahları təhvil verməyən ermənilər
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib: Silahları təhvil verin!
10:32 25.09.2023 (Yenilənib: 10:57 25.09.2023) Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.
BAKI, 25 sentyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib.
Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, cari il sentyabrın 19-20-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur ediliblər:
"Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar".
Bundan başqa, vurğulanıb ki, qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.
"Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır. Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir" - məlumatda qeyd olunub.