DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın hərəkətlərini pislədi

© AP Photo / Andy WongÇİn XİN-nin binası
Çİn XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Van Venbinin sözlərinə görə, müvafiq hesabatlar 2009-cu ildən bəri ABŞ səlahiyyətlilərinin "Huawei"dən məxfi məlumatları oğurladığını üzə çıxarıb.
BAKI, 25 sentyabr — Sputnik. ABŞ dəfələrlə kiberhücumlar vasitəsilə Çinin yüksək texnologiya şirkətlərini sıxışdırmağa çalışıb, Çin ABŞ tərəfinin məsuliyyətsiz davranışını pisləyir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin sentyabrın 25-də keçirdiyi brifinqdə bildirib.
Bundan əvvəl "South China Morning Post" xəbər vermişdi ki, Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snoudenin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) telekommunikasiya şirkəti "Huawei" və digər Çin şirkətlərinə kiberhücumları barədə əvvəllər dərc etdiyi məlumatları təsdiqləyib.
Van Venbinin sözlərinə görə, müvafiq hesabatlar 2009-cu ildən bəri ABŞ səlahiyyətlilərinin "Huawei"dən məxfi məlumatları oğurladığını üzə çıxarıb.
"Uzun müddətdir ki, Birləşmiş Ştatlar milli təhlükəsizlik bəhanəsi ilə Çinin yüksək texnologiyalı şirkətlərinə, o cümlədən "Huawei"yə dəfələrlə təzyiq edib", - diplomat bildirib.
Van Venbin vurğulayıb ki, ABŞ ədalətli rəqabət apara bilməyəndə qeyri-qanuni və ədalətsiz vasitələrdən istifadə edərək Çin şirkətlərinin inkişafına mane olmağa çalışır.
Diplomat ümid etdiyini bildirib ki, müvafiq ölkələr Çin şirkətlərini sıxışdırmaqda ABŞ-ın ardınca getməyəcək, strateji müstəqilliyə riayət edəcək və açıq, inklüziv, ayrı-seçkilikdən uzaq biznes mühitini ədalətli və obyektiv şəkildə qoruyacaqlar.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmiləri dəfələrlə ABŞ-ı "haker imperiyası" adlandırıblar.
Xəbər lenti
0