https://sputnik.az/20230925/azerbaycanin-anti-terror-emeliyyati-kecirmekden-basqa-yolu-qalmamisdi---hakan-fidan-458946413.html
Azərbaycanın anti-terror əməliyyatı keçirməkdən başqa yolu qalmamışdı - Hakan Fidan
Azərbaycanın anti-terror əməliyyatı keçirməkdən başqa yolu qalmamışdı - Hakan Fidan
Sputnik Azərbaycan
Hakan Fidan Xankəndidən terrorçuların təmizlənməsini təqdir etdi
2023-09-25T12:28+0400
2023-09-25T12:28+0400
2023-09-25T13:06+0400
hakan fidan
qarabağın dirçəlişi və reinteqrasiyası
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
nyu-york
abş
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644943_0:0:2994:1685_1920x0_80_0_0_a6a1214dfea0fa8a8e15cb3dc79449ee.jpg
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanın keçirdiyi antiterror əməliyyatı başqa yolun qalmadığını göstərən tədbir idi. Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidan "Türk Evi"ndə mətbuata verdiyi açıqlama zamanı bildirib. "Bildiyiniz kimi əməliyyat çıx qısa müddətdə həyata keçirildi, mülki əhalinin təhlükəsizliyi təmin edildi. Anti-terror əməliyyatları bəlli silahlı qrupları hədəfə almışdı. Bu, bölgədə Azərbaycanın suverenlik hüququnun təmin edilməsinə yönəlmiş bir fəaliyyət idi. Biz də bunu bütün maraqlı tərəflərə çatdırmışıq" - Fidan deyib.O, Ermənistana yanlış tövsiyələr verən qərbli müttəfiqlərinə də xəbərdarlıq edib: "Xüsusilə Qərbdəki bəzi müttəfiqlərimiz Ermənistanı yönləndirərkən daha ağlabatan tövsiyələr verməlidirlər. Bölgənin reallıqlarına uyğun gəlməyən tövsiyyələr problemlərin həllindənsə, xaosu, qeyri- sabitliyi və göz yaşını gətirir". Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenlə taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə edib. Türkiyə və ABŞ rəsmilərinin görüşü 45 dəqiqə davam edib. Türkiyə XİN rəhbəri Nyu-Yorka səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb. XİN rəhbərləri Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş anti-terror əməliyyatları da daxil olmaqla regional məsələləri müzkairə edib. Görüşün sonunda Azərbaycan XİN rəhbəri türkiyəli həmkarına Qarabağ xalçası hədiyyə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644943_110:0:2841:2048_1920x0_80_0_0_314837e4563e067f721b11aeaa7f0681.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
hakan fidan xankəndi antiterror terrorçuların təmizlənməsi
hakan fidan xankəndi antiterror terrorçuların təmizlənməsi
Azərbaycanın anti-terror əməliyyatı keçirməkdən başqa yolu qalmamışdı - Hakan Fidan
12:28 25.09.2023 (Yenilənib: 13:06 25.09.2023) Türkiyə XİN rəhbəri Nyu-Yorkada Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatını müdafiə edib.
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanın keçirdiyi antiterror əməliyyatı başqa yolun qalmadığını göstərən tədbir idi. Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidan "Türk Evi"ndə mətbuata verdiyi açıqlama zamanı bildirib.
"Bildiyiniz kimi əməliyyat çıx qısa müddətdə həyata keçirildi, mülki əhalinin təhlükəsizliyi təmin edildi. Anti-terror əməliyyatları bəlli silahlı qrupları hədəfə almışdı. Bu, bölgədə Azərbaycanın suverenlik hüququnun təmin edilməsinə yönəlmiş bir fəaliyyət idi. Biz də bunu bütün maraqlı tərəflərə çatdırmışıq" - Fidan deyib.
O, Ermənistana yanlış tövsiyələr verən qərbli müttəfiqlərinə də xəbərdarlıq edib:
"Xüsusilə Qərbdəki bəzi müttəfiqlərimiz Ermənistanı yönləndirərkən daha ağlabatan tövsiyələr verməlidirlər. Bölgənin reallıqlarına uyğun gəlməyən tövsiyyələr problemlərin həllindənsə, xaosu, qeyri- sabitliyi və göz yaşını gətirir".
Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenlə taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə edib. Türkiyə və ABŞ rəsmilərinin görüşü 45 dəqiqə davam edib.
Türkiyə XİN rəhbəri Nyu-Yorka səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb. XİN rəhbərləri Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş anti-terror əməliyyatları da daxil olmaqla regional məsələləri müzkairə edib. Görüşün sonunda Azərbaycan XİN rəhbəri türkiyəli həmkarına Qarabağ xalçası hədiyyə edib.