Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda ötən həftə 19 nəfər koronavirusdan vəfat edib

© Sputnik / StringerМедики в Госпитале Таможенного Комитета, фото из архива
Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 729, bu günə qədər isə ümumilikdə 7 milyon 684 min 217 test icra olunub.
BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 18-dən 24-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 229 yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 832 min 809 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 263 nəfər müalicə olunaraq sağalıb, 10 min 321 nəfər vəfat edib. Aktiv xəstə sayı 225 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 729, bu günə qədər isə ümumilikdə 7 milyon 684 min 217 test icra olunub.
Azərbaycanda sentyabrın 18-24-də koronavirus (COVID-19) əleyhinə 282 vaksin vurulub.
Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza vaksin vurduranların sayı 188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.
18.09.23, 17:23
Azərbaycanda son 1 həftə ərzində (11-17 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 142 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 127 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 832 580 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, hazırda 147 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 012, bu günə qədər isə ümumilikdə 7 680 488 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 223 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 615 olub.
11.09.23, 17:23
Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə 126 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 123 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 909, bu günə qədər isə ümumilikdə 7 677 476 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 91 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 392 olub.
Sentyabrın 4-dən 10-dək koronavirus (COVID-19) əleyhinə 91 vaksin vurulub. Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, üç və daha çox doza vaksin vurduranların sayı 39, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 9 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 392, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 361, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 408 təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0