https://sputnik.az/20230925/azerbaycanda-qanundankenar-dogulan-usaqlarin-statistikasi-gunu-gunden-boyuyur-458830677.html
Azərbaycanda qanundankənar doğulan uşaqların statistikası günü-gündən böyüyür
Azərbaycanda qanundankənar doğulan uşaqların statistikası günü-gündən böyüyür
Sputnik Azərbaycan
Komitənin şöbə müdirinin sözlərinə görə, rəsmi nikah toydan əvvəl baş tutmalıdır ki, doğulacaq uşaq nikahdankənar sayılmasın. 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T09:31+0400
2023-09-25T09:31+0400
2023-09-25T09:31+0400
uşaqlar
cəmiyyət
nikahdankənar
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
kəmalə ağazadə
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260014_0:127:3071:1854_1920x0_80_0_0_1d82304feece18ed44d1bbd7b76098bd.jpg
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda nikahdankənar doğulan uşaqların sayının artması kənd yerlərində rəsmi nikahdan yayınmalarla bağlıdır. Bu da nikahdankənar doğulan uşaqların sayının artmasına səbəb olur.Bu sözləri Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova son bir ildə nikahdankənar doğulan uşaqların sayının artmasını şərh edərkən deyib. Nikahdankənar uşaqların sayı niyə artır?O qeyd edib ki, Azərbaycanda hələ də bəzi ailələr övladlarını evləndirəndə daha çox xeyir-duaya üstünlük verirlər. Gənclərin rəsmi nikaha daxil olmasına o qədər də ciddi əhəmiyyət vermirlər. Belə ailələrdə doğulan uşaqlar nəticədə nikahdankənar doğulmuş kimi qeydiyyata düşür.Komitə rəsmisinin dediyinə görə digər səbəb isə 16-17 yaşında qızların ailə qurmasıdır. O, erkən nikahların da nikahdankənar doğulan uşaqların sayını artırdığını söyləyib. Bildirib ki, Komitə belə halların qarşısını almaq üçün valideynlərin məsuliyyətinə yönəlmiş maarifləndirmə tədbirlərini daha da gücləndirilir. "Valideynlər övladlarına qarşı məsuliyyətsiz davranmamalıdırlar. Qızlarını ər evinə göndərməklə yüklərini çiyinlərindən atmamalıdırlar. Rəsmi nikah toydan əvvəl baş tutmalıdır ki, doğulacaq uşaq nikahdankənar sayılmasın" - G.Məmmədova söyləyib. Nikahdankənar uşaqların rəsmi statistikası Azərbaycanda 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Qurumun rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmlərindən məlum olur ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə nikahdankənar doğulan uşaqların sayı artıb. Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib. 2021-ci ildən isə rəqəmlərdə yenidən artım başlayıb. Həmin ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib. Bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb. Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb. DSK, həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub. Qeyd edək ki, ölkəmizdə nikahdankənar doğumların sayını azaltmaq üçün maarifləndirici tədbirlər görülsə də, statistikanın artması görülən işlərin o qədər də nəticə vermədiyini göstərir. Ata kultu məhv olur Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a bildirib ki, ölkəmizdə tək anaların sayı günü-gündən artır. O, ata obrazının, ata kultunun ailələrdən sürətlə uzaqlaşdığını bildirib: "Azərbaycanda ailələrdə atasızlıq problemi qabarıq görünür. Tək anaların sayı artır. Nikahdankənar doğulan uşaqların sayının artması əsasən planlaşdırılmamış ailələrin yaranmasının nəticəsidir". K.Ağazadə bildirib ki, nikahdankənar doğulan uşaqların bir müddət sonra təhsil, səhiyyə və digər sahələrdə ciddi problemləri yaranmağa başlayır: "Belə uşaqlar atalığın müəyyən edilməsi, alimentin alınması kimi problemlərlə üzləşirlər. Uşaqların bağçaya, məktəbə qəbulunda problemlər yaranır. Atalığın müəyyən olunması prosesi uzun çəkir. Əgər ata uşağın onun olmadığını israr edirsə, məhkəmə prosesi uzanır, uşağın aliment alması müşkülə çevrilir". Narkomaniya da nikahdankənar doğumları artırır Birlik sədri onu da bildirib ki, son illər pis vərdişlərə aludəçilik nikahdankənar doğuşların statistikasını böyüdür. Onun sözlərinə görə, zərərli vərdişlərə aludə olan qadınlar uşaq dünyaya gətirərək bu rəqəmlərin artmasında əhəmiyyətli paya malik olurlar. "Bu günlərdə narkoistifadəçi qadın üçüncü uşağını dünyaya gətirib və o uşağın heç bir sənədi yoxdur. Həmin qadın uşağı anasının yanında qoyaraq qaçıb. Biz onun iki uşağının sənədləşməsini etmişdik. Növbəti uşaqla bağlı da Sosial Xidmətlər Agentliyinə məlumat verdik" - deyə K.Ağazadə əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260014_86:0:2817:2048_1920x0_80_0_0_d858986792621fd478d4d8541c8bae04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
uşaqlar, nikahdankənar, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, kəmalə ağazadə
uşaqlar, nikahdankənar, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, kəmalə ağazadə
Azərbaycanda qanundankənar doğulan uşaqların statistikası günü-gündən böyüyür
Komitənin şöbə müdirinin sözlərinə görə, rəsmi nikah toydan əvvəl baş tutmalıdır ki, doğulacaq uşaq nikahdankənar sayılmasın.
BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda nikahdankənar doğulan uşaqların sayının artması kənd yerlərində rəsmi nikahdan yayınmalarla bağlıdır. Bu da nikahdankənar doğulan uşaqların sayının artmasına səbəb olur.
Bu sözləri Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova son bir ildə nikahdankənar doğulan uşaqların sayının artmasını şərh edərkən deyib.
Nikahdankənar uşaqların sayı niyə artır?
O qeyd edib ki, Azərbaycanda hələ də bəzi ailələr övladlarını evləndirəndə daha çox xeyir-duaya üstünlük verirlər. Gənclərin rəsmi nikaha daxil olmasına o qədər də ciddi əhəmiyyət vermirlər. Belə ailələrdə doğulan uşaqlar nəticədə nikahdankənar doğulmuş kimi qeydiyyata düşür.
Komitə rəsmisinin dediyinə görə digər səbəb isə 16-17 yaşında qızların ailə qurmasıdır. O, erkən nikahların da nikahdankənar doğulan uşaqların sayını artırdığını söyləyib. Bildirib ki, Komitə belə halların qarşısını almaq üçün valideynlərin məsuliyyətinə yönəlmiş maarifləndirmə tədbirlərini daha da gücləndirilir.
"Valideynlər övladlarına qarşı məsuliyyətsiz davranmamalıdırlar. Qızlarını ər evinə göndərməklə yüklərini çiyinlərindən atmamalıdırlar. Rəsmi nikah toydan əvvəl baş tutmalıdır ki, doğulacaq uşaq nikahdankənar sayılmasın" - G.Məmmədova söyləyib.
Nikahdankənar uşaqların rəsmi statistikası
Azərbaycanda 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Qurumun rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmlərindən məlum olur ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə nikahdankənar doğulan uşaqların sayı artıb. Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib.
2021-ci ildən isə rəqəmlərdə yenidən artım başlayıb. Həmin ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib. Bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.
Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb. DSK, həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.
Qeyd edək ki, ölkəmizdə nikahdankənar doğumların sayını azaltmaq üçün maarifləndirici tədbirlər görülsə də, statistikanın artması görülən işlərin o qədər də nəticə vermədiyini göstərir.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a bildirib ki, ölkəmizdə tək anaların sayı günü-gündən artır. O, ata obrazının, ata kultunun ailələrdən sürətlə uzaqlaşdığını bildirib:
"Azərbaycanda ailələrdə atasızlıq problemi qabarıq görünür. Tək anaların sayı artır. Nikahdankənar doğulan uşaqların sayının artması əsasən planlaşdırılmamış ailələrin yaranmasının nəticəsidir".
K.Ağazadə bildirib ki, nikahdankənar doğulan uşaqların bir müddət sonra təhsil, səhiyyə və digər sahələrdə ciddi problemləri yaranmağa başlayır:
"Belə uşaqlar atalığın müəyyən edilməsi, alimentin alınması kimi problemlərlə üzləşirlər. Uşaqların bağçaya, məktəbə qəbulunda problemlər yaranır. Atalığın müəyyən olunması prosesi uzun çəkir. Əgər ata uşağın onun olmadığını israr edirsə, məhkəmə prosesi uzanır, uşağın aliment alması müşkülə çevrilir".
Narkomaniya da nikahdankənar doğumları artırır
Birlik sədri onu da bildirib ki, son illər pis vərdişlərə aludəçilik nikahdankənar doğuşların statistikasını böyüdür. Onun sözlərinə görə, zərərli vərdişlərə aludə olan qadınlar uşaq dünyaya gətirərək bu rəqəmlərin artmasında əhəmiyyətli paya malik olurlar.
"Bu günlərdə narkoistifadəçi qadın üçüncü uşağını dünyaya gətirib və o uşağın heç bir sənədi yoxdur. Həmin qadın uşağı anasının yanında qoyaraq qaçıb. Biz onun iki uşağının sənədləşməsini etmişdik. Növbəti uşaqla bağlı da Sosial Xidmətlər Agentliyinə məlumat verdik" - deyə K.Ağazadə əlavə edib.