CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilmiş ərazilərdə daha iyirmi doqquz mina aşkarlanıb

© AFP 2023 / EMMANUEL DUNANDMina nişanı
Mina nişanı - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
BAKI, 25 sentyabr — Sputnik. Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bundan əlavə, 379,9 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 8 mina və 34 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 195, 7 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər lenti
0