DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Andjey Duda: Polşanın Ukrayna taxılına ehtiyacı yoxdur

© AP Photo / Andreea AlexandruAndjey Duda
Andjey Duda - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Polşanın Ukrayna taxılından imtina etməsinə baxmayaraq, Ukrayna kənd təsərrüfatı məhsullarının Polşa ərazisindən daşınması və daha sonra ixraca çıxarılması üçün tranzit dəhlizlərinin hazırlanması qərara alınıb.
BAKI, 25 sentyabr — Sputnik. Polşanın Ukrayna taxılına ehtiyacı yoxdur. Embarqonun məqsədi respublikanın ərzaq təhlükəsizliyi olub.
Ukraynadan taxıl idxalına qadağa qoyan Polşa Prezidenti Anjey Duda bu barədə Polşa radiosunda danışıb və öz qərarını düzgün adlandırıb.
"Fermerlərimizin əməyi sayəsində özümüzü təmin edirik. Bizə Ukraynadan taxıl lazım deyil. Müharibə zamanı əldə edilmiş əla məhsullar, demək olar ki, həqiqətən ehtiyacı olan ölkələrə çatmadı", - deyə o qeyd edib.
Polşanın Ukrayna taxılından imtina etməsinə baxmayaraq, Ukrayna kənd təsərrüfatı məhsullarının Polşa ərazisindən daşınması və daha sonra ixraca çıxarılması üçün tranzit dəhlizlərinin hazırlanması qərara alınıb.
"Düşünürəm ki, Polşa hökumətinin Ukrayna taxılının Polşa bazarında satışına qoyulan qadağanı saxlaması düzgün qərar idi. Bununla belə, tranzit həcminin mümkün qədər yüksək olmasını təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır", - deyə Duda izah edib.
Bundan əvvəl Ukraynanın Polşa, Slovakiya və Macarıstanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi embarqoya görə ayda 230 milyon dollara qədər itirə biləcəyi bildirilib.
Xəbər lenti
0