https://sputnik.az/20230924/venesiyada-xeberdarliq-edibler-qagayilardan-ehtiyatli-olun-458821534.html
Venesiyada xəbərdarlıq ediblər: qağayılardan ehtiyatlı olun!
Venesiyada xəbərdarlıq ediblər: qağayılardan ehtiyatlı olun!
Sputnik Azərbaycan
Səyahətçilər özləri təcrübəyə əsaslanaraq aydınlaşdırıblar ki, qağayılar daha çox burger və pizzaya üstünlük verirlər. 24.09.2023, Sputnik Azərbaycan
2023-09-24T08:03+0400
2023-09-24T08:03+0400
2023-09-24T08:03+0400
venesiya
dünya xəbərləri
qağayı
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/42397/85/423978590_0:0:3068:1727_1920x0_80_0_0_ae550ff4ecdefc6b2d931edfd7c3f579.jpg
BAKI, 24 sentyabr — Sputnik. Turistlər arasında məşhur olan İtaliyanın Venesiya şəhərinin hakimiyyəti son vaxtlar getdikcə daha aqressivləşən və insanlardan heç qorxmayan qağayıların təhlükəsi barədə səyahətçilərə xəbərdarlıq ediblər. Bu barədə "ANSA" agentliyi məlumat yayıb. Həyasız quşlar turistlərin əllərindən yemək qopararaq bir neçə dəfə onlara hücum etdikdən sonra bələdiyyə şəhərin müxtəlif yerlərində quşların aqressiv ola biləcəyini bildirən xəbərdarlıq lövhələri quraşdırıb. Səyahətçilər özləri təcrübəyə əsaslanaraq aydınlaşdırıblar ki, qağayılar daha çox burger və pizzaya üstünlük verirlər. Bundan əlavə, qağayılar təkcə yoldan keçənlərə deyil, həm də şəhərdə çox məşhur olan açıq eyvanlardakı stollarda oturan qonaqlara hücum edə bilərlər. Venesiyanın hakim dairələri "quş reketinin" öhdəsindən gəlməyə çalışsa da, indiyə qədər uğur qazana bilməyib - turizmin bərpasından və məcburi müvəqqəti aclıq aksiyasından sonra qağayılar daha da aqressivləşiblər. Daha əvvəl məlum olub ki, Venesiya şəhərə cəmi bir günlük gələn və gecələməmiş turistlər üçün əlavə ödəniş tətbiq edib. Bu halda turistlər adambaşına 5 avro ödənməli olacaqlar. Qanun gələn ilin yazından qüvvəyə minməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/85/423978590_337:0:3068:2048_1920x0_80_0_0_a2daf7db1da8ea19531c2129e6b4b388.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
venesiya, qağayı, xəbərdarlıq
venesiya, qağayı, xəbərdarlıq
Venesiyada xəbərdarlıq ediblər: qağayılardan ehtiyatlı olun!
Səyahətçilər özləri təcrübəyə əsaslanaraq aydınlaşdırıblar ki, qağayılar daha çox burger və pizzaya üstünlük verirlər.
BAKI, 24 sentyabr — Sputnik. Turistlər arasında məşhur olan İtaliyanın Venesiya şəhərinin hakimiyyəti son vaxtlar getdikcə daha aqressivləşən və insanlardan heç qorxmayan qağayıların təhlükəsi barədə səyahətçilərə xəbərdarlıq ediblər.
Bu barədə "ANSA" agentliyi məlumat yayıb.
Həyasız quşlar turistlərin əllərindən yemək qopararaq bir neçə dəfə onlara hücum etdikdən sonra bələdiyyə şəhərin müxtəlif yerlərində quşların aqressiv ola biləcəyini bildirən xəbərdarlıq lövhələri quraşdırıb.
Səyahətçilər özləri təcrübəyə əsaslanaraq aydınlaşdırıblar ki, qağayılar daha çox burger və pizzaya üstünlük verirlər.
Bundan əlavə, qağayılar təkcə yoldan keçənlərə deyil, həm də şəhərdə çox məşhur olan açıq eyvanlardakı stollarda oturan qonaqlara hücum edə bilərlər.
Venesiyanın hakim dairələri "quş reketinin" öhdəsindən gəlməyə çalışsa da, indiyə qədər uğur qazana bilməyib - turizmin bərpasından və məcburi müvəqqəti aclıq aksiyasından sonra qağayılar daha da aqressivləşiblər.
Daha əvvəl məlum olub ki, Venesiya şəhərə cəmi bir günlük gələn və gecələməmiş turistlər üçün əlavə ödəniş tətbiq edib. Bu halda turistlər adambaşına 5 avro ödənməli olacaqlar. Qanun gələn ilin yazından qüvvəyə minməlidir.