Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Şimali Koreyaya gedir

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.09.2023
Abunə olmaq
Səfər Vladimir Putin və Kim Çen Inın iki ölkə arasında münasibətlərin və əməkdaşlığın intensivləşdirilməsinə dair razılaşmanın davamı olacaq.
BAKI, 24 sentyabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası və Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderləri arasında razılaşmalar çərçivəsində əməkdaşlığı dərinləşdirmək üçün oktyabrda Pxenyana səfər etməyi planlaşdırır.
Bu barədə “Yonhap”a istinadən xəbər verir.
Qeyd olunub ki, səfər Vladimir Putin və Kim Çen Inın iki ölkə arasında münasibətlərin və əməkdaşlığın intensivləşdirilməsinə dair razılaşmanın davamı olacaq.
Nəşr qeyd edib ki, Lavrovun səfərinin məqsədlərindən biri Putinin KXDR-ə səfərini hazırlamaq ola bilər (Report).
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 13-də Vostoçnı kosmodromunda Kim Çen Inla saatlarla davam edən danışıqlar aparıb. Görüşdən sonra Putin jurnalistlərə elmi və iqtisadi əməkdaşlığın əsas istiqamətləri, Rusiya Federasiyası ilə KXDR arasında, BMT məhdudiyyətlərinə uyğunlaşdırılmaqla, hərbi-texniki əməkdaşlığın perspektivləri barədə danışıb.
Qeyd edib ki, Rusiya xüsusilə Şimali Koreyanın kosmik peyklərinin inşasına kömək edəcək. Şimali Koreya raket texnologiyasına böyük maraq göstərir.
Vladimir Putinin sözlərinə görə, nəqliyyat və kənd təsərrüfatı sahəsində “çox maraqlı layihələr” var, bununla belə, qarşılıqlı fəaliyyətdə hərbi-texniki əməkdaşlığa xüsusi önəm veriləcək.
"Rusiya heç vaxt heç nəyi pozmur və heç nəyi pozmaq niyyətində deyil, lakin KXDR ilə münasibətləri inkişaf etdirmək üçün imkanlar axtaracaq", - deyə Rusiya dövlətinin başçısı qeyd edib.
"Koreya bizim qonşumuzdur, biz qonşularımızla bu və ya digər şəkildə mehriban qonşuluq münasibətləri qurmalıyıq. Bəli, Koreya yarımadası ilə bağlı müəyyən xüsusiyyətlər var, biz bunu müzakirə edirik, açıq şəkildə müzakirə edirik", - deyə Putin bildirib.
Şimali Koreya lideri Komsomolsk-na-Amurda müdafiə müəssisələrinə baş çəkib. Onu yüksək rütbəli hərbçilər və müdafiə sənayesi müəssisələrinin rəhbərləri, xüsusən də İşçi Partiyası Mərkəzi Komitəsinin hərbi idarəetmə şöbəsinin müdiri Park Çon Çon və mərkəzi hərbi komitənin rəis müavini Li Byun Çol müşayiət edib. Bundan əvvəl Pxenyanda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya silahlarının ən son modelləri ilə tanış olub.
 Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In  - Sputnik Azərbaycan, 1920, 14.09.2023
YAZARLAR
Rusiya və KXDR arasında hərbi-texniki əməkdaşlığın perspektivləri
Xəbər lenti
0