Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşəcək

© Sputnik / Murad OrudjevHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 24.09.2023
Abunə olmaq
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
BAKI, 24 sentyabr - Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 5-də İspaniyanın paytaxtın Qranada keçiriləcək iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüş keçirəcəklər.
APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedəcək. Onun Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun müşavirləri, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşləri nəzərdə tutulub. Bu görüşlər iki ölkənin liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünə hazırlaşmaq üçündür”, - məlumatda bildirilir.
Xəbər lenti
0