https://sputnik.az/20230924/borrell-avropa-ttifaqini-mehv-ede-bilecek-faktorlari-aciqladi-458925593.html
Borrell Avropa İttifaqını məhv edə biləcək faktorları açıqladı
Borrell Avropa İttifaqını məhv edə biləcək faktorları açıqladı
Sputnik Azərbaycan
Borrell Avropada millətçiliyin artdığını və bunun da miqrasiya ilə əlaqəli olduğunu etiraf edib. 24.09.2023, Sputnik Azərbaycan
2023-09-24T10:53+0400
2023-09-24T10:53+0400
2023-09-24T12:34+0400
dünya xəbərləri
cosep borrel
avropa ittifaqı
miqrasiya
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/07/425139705_0:123:3203:1925_1920x0_80_0_0_83843a8d4d044c125db15f4db566aaa3.jpg
BAKI, 24 sentyabr - Sputnik. Avropa ölkələri arasında dərin mədəni fərqliliklər və uzun müddət ərzində ortaq siyasətlərin inkişaf etdirilməməsi səbəbindən baş verən miqrasiya “Avropa İttifaqı üçün pozucu gücə” çevrilə bilər.Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell “The Guardian”a bildirib.Borrell Ukraynadakı münaqişənin miqrasiya böhranına töhfə verdiyini inkar edib. O, həmçinin Avropada millətçiliyin artdığını və bunun da miqrasiya ilə əlaqəli olduğunu etiraf edib.“Miqrasiya Aİ-də daha da böyük mübahisə mənbəyidir. Bu, Avropa İttifaqı üçün dağıdıcı qüvvə ola bilər. Biz hələ də ümumi miqrasiya siyasəti ilə bağlı razılığa gələ bilməmişik”, - Aİ rəsmisi vurğulayıb.Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, buna Aİ daxilində dərin mədəni və siyasi fikir ayrılıqları kömək edir. O, qeyd edib ki, Yaponiya üslubuna sadiq qalan və miqrantları buraxmaq istəməyən ölkələr var. İspaniya kimi miqrant qəbulunun uzun tarixi olan başqa ölkələr də mövcuddur.“Paradoks odur ki, Avropanın miqrantlara ehtiyacı var, çünki biz inanılmaz dərəcədə aşağı demoqrafik artıma malikik. Əgər əmək baxımından yaşamaq istəyiriksə, miqrantlara ehtiyacımız var”, - Josep Borrell fikirlərini izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/07/425139705_237:0:2968:2048_1920x0_80_0_0_6102ddd0c5aeddeba0e41af5342add76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cosep borrel , avropa ittifaqı, miqrasiya
cosep borrel , avropa ittifaqı, miqrasiya
Borrell Avropa İttifaqını məhv edə biləcək faktorları açıqladı
10:53 24.09.2023 (Yenilənib: 12:34 24.09.2023) Borrell Avropada millətçiliyin artdığını və bunun da miqrasiya ilə əlaqəli olduğunu etiraf edib.
BAKI, 24 sentyabr - Sputnik. Avropa ölkələri arasında dərin mədəni fərqliliklər və uzun müddət ərzində ortaq siyasətlərin inkişaf etdirilməməsi səbəbindən baş verən miqrasiya “Avropa İttifaqı üçün pozucu gücə” çevrilə bilər.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell “The Guardian”a bildirib.
Borrell Ukraynadakı münaqişənin miqrasiya böhranına töhfə verdiyini inkar edib. O, həmçinin Avropada millətçiliyin artdığını və bunun da miqrasiya ilə əlaqəli olduğunu etiraf edib.
“Miqrasiya Aİ-də daha da böyük mübahisə mənbəyidir. Bu, Avropa İttifaqı üçün dağıdıcı qüvvə ola bilər. Biz hələ də ümumi miqrasiya siyasəti ilə bağlı razılığa gələ bilməmişik”, - Aİ rəsmisi vurğulayıb.
Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, buna Aİ daxilində dərin mədəni və siyasi fikir ayrılıqları kömək edir. O, qeyd edib ki, Yaponiya üslubuna sadiq qalan və miqrantları buraxmaq istəməyən ölkələr var. İspaniya kimi miqrant qəbulunun uzun tarixi olan başqa ölkələr də mövcuddur.
“Paradoks odur ki, Avropanın miqrantlara ehtiyacı var, çünki biz inanılmaz dərəcədə aşağı demoqrafik artıma malikik. Əgər əmək baxımından yaşamaq istəyiriksə, miqrantlara ehtiyacımız var”, - Josep Borrell fikirlərini izah edib.