https://sputnik.az/20230924/baydenin-dovrunde-amerikalilarin-44-nin-maliyye-veziyyeti-pislesib---sorgu-458928903.html
Baydenin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib - Sorğu
Baydenin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib - Sorğu
Sputnik Azərbaycan
Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir. 24.09.2023, Sputnik Azərbaycan
2023-09-24T13:36+0400
2023-09-24T13:36+0400
2023-09-24T13:36+0400
dünya xəbərləri
sorğu
sorğu
co bayden
abş prezidenti cozef bayden
cozef bayden
amerikalılar
maliyyə
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456383057_0:160:3072:1888_1920x0_80_0_0_aa9814c03dc6800baacdf688c237214f.jpg
BAKI, 24 sentyabr - Sputnik. ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin reytinqi son vaxtlar 19% aşağı düşüb.“Report” xəbər verir ki, bunu keçirilmiş sorğunun nəticələri sübut edir.Araşdırma göstərib ki, Bayden dövlət başçısı seçildikdən sonra ABŞ sakinlərinin 44%-nin maliyyə vəziyyəti pisləşib. Eyni zamanda, respondentlərin yalnız 37%-i Ağ Ev sahibinin fəaliyyətini bəyəndiyini bildirib. Materialda deyilir ki, insanların yarıdan çoxu - 56% əks fikirdədir.Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir. Prezidentin meksikalı miqrantlarla problemin həllinə yönəlmiş hərəkətlərini respondentlərin cəmi 23%-i bəyənib.Bundan başqa, vətəndaşların 74%-i hazırkı dövlət başçısının qarşıdan gələn seçkilərdə iştirakını istəmir. Onların fikrincə, Bayden ikinci prezidentlik müddətinə namizəd olmaq üçün çox qocalıb.Sorğuda ümumilikdə 1 006 ABŞ vətəndaşı iştirak edib. Tədqiqat 15-20 sentyabr tarixləri arasında aparılıb və anketlər ingilis və ispan dillərində doldurulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456383057_171:0:2902:2048_1920x0_80_0_0_c27d86f0882484c10c1af695717634fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sorğu, sorğu, co bayden, abş prezidenti cozef bayden, cozef bayden, amerikalılar, maliyyə
sorğu, sorğu, co bayden, abş prezidenti cozef bayden, cozef bayden, amerikalılar, maliyyə
Baydenin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib - Sorğu
Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir.
BAKI, 24 sentyabr - Sputnik. ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin reytinqi son vaxtlar 19% aşağı düşüb.
“Report” xəbər verir ki, bunu keçirilmiş sorğunun nəticələri sübut edir.
Araşdırma göstərib ki, Bayden dövlət başçısı seçildikdən sonra ABŞ sakinlərinin 44%-nin maliyyə vəziyyəti pisləşib. Eyni zamanda, respondentlərin yalnız 37%-i Ağ Ev sahibinin fəaliyyətini bəyəndiyini bildirib. Materialda deyilir ki, insanların yarıdan çoxu - 56% əks fikirdədir.
Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir. Prezidentin meksikalı miqrantlarla problemin həllinə yönəlmiş hərəkətlərini respondentlərin cəmi 23%-i bəyənib.
Bundan başqa, vətəndaşların 74%-i hazırkı dövlət başçısının qarşıdan gələn seçkilərdə iştirakını istəmir. Onların fikrincə, Bayden ikinci prezidentlik müddətinə namizəd olmaq üçün çox qocalıb.
Sorğuda ümumilikdə 1 006 ABŞ vətəndaşı iştirak edib. Tədqiqat 15-20 sentyabr tarixləri arasında aparılıb və anketlər ingilis və ispan dillərində doldurulub.