Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı əməliyyatının nəticələri – reportaj

Abunə olmaq
Azərbaycanın Qarabağ bölgəsində genişmiqyaslı təxribatların qarşısının alınması, o cümlədən Ermənistan hərbi qulluqçularının tərksilah edilməsi və Azərbaycan ərazilərindən çıxarılması məqsədilə sentyabrın 19-da Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başlayıb.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti nəzərə alınaraq sentyabrın 20-də saat 13:00-da ATƏ-nin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Ermənistan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində yerləşən şəxsi heyəti və Ermənistanın qanunsuz silahlı dəstələr silahı yerə qoyur, döyüş mövqelərini və hərbi postları tərk edərək tamamilə tərksilah edirlər. Bundan başqa, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Azərbaycan ərazisini tərk edir, qanunsuz silahlı birləşmələr dağıdılır.
Eyni zamanda, Rusiya sülhməramlı kontingenti ilə birbaşa koordinasiya təmin edilməklə, bütün silah, sursat və ağır texnika təhvil verilir.
Əməliyyatın sonunda Sputnik Azərbaycan agentliyinin əməkdaşları Şuşaya səfər edərək separatçılardan azad edilən atəş mövqelərindən birinə baş çəkiblər. Ətraflı məlumat üçün videomuza baxın.
Xəbər lenti
0